Tədris başlayandan indiyə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 100-ə yaxın tələbə yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.
Bu barədə ADPU-nun mətbuat xidmətinin rəhbəri Cavid Hüseynov bildirib. Onun sözlərinə görə, infeksiyaya yoluxanların arasında ağırlaşma və ölüm halları qeydə alınmayıb. C. Hüseynov qeyd edib ki, indiyə qədər 39 qrup distant təhsilə keçib, artıq onların bir hissəsi ənənəvi təhsilə qayıdıb.
Sorğu
Yeni dizaynımız necədir?