GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qaydalar dəyişdi: Azərbaycanda avtomobilləri daha nəğd pula alıb-satmaq mümkün olmayacaq

Qaydalar dəyişdi: Azərbaycanda avtomobilləri daha nəğd pula alıb-satmaq mümkün olmayacaq

Tarix: 2-12-2021, 09:32 Bölmə :Cəmiyyət Baxış: 256

Azərbaycanda avtomobil satışı üzrə qaydalar dəyişir. Yeni  qaydalar bu günlərdə təsdiqlənən “Nağdsız hesablaşmalar haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, gələn ildən avtomobillərin alqı-satqısı yalnız nağdsız qaydada həyata keçiriləcək.

Gundemxeber.Az xəbər verir ki, pandemiyanın pik dövründə Bakının maşın bazarlarında alver zəifləsə də, bu ildən bazar canlanıb, xüsusilə ikinci əl avtomobillərinin qiyməti artıb. Maşın alverçiləri deyirlər ki, rüsümlardan sonra nağdsız ödənişlərin tətbiqi qiymətlərə cüzi də olsa təsir edəcək. Baxmayaraq ki, onların çoxu yeni qaydalardan xəbərsizdir.

Ekspertlər isə yeni qaydanın tətbiqinin daha çox alıcıların işinə yarayacağını düşünürlər. Çünki alqı-satqı əməliyyatlarında istənilən halda aldadılan tərəf alıcılar olur.

“Onsuz da son illər bu işdən gəlirimiz azalıb...”

Eldar Alıyev 22 ildir maşın alveri ilə məşğuldur. Deyir ki, son iki ilədək qiymətindən və modelindən asılı olaraq satdığı hər maşından ən azı 1 500-3 000 manatadək gəliri olurdu. İndi satdığı maşınlardan ən yaxşı halda 500 manat qazananda sevinir.

“Bəzən aylarla əlimizdə olan maşını sata bilmirik. Hər keçən gün qiymətə təsir göstərir, maşın isə baxım, xərc tələb edir. Bazara gələn müştəri isə uzağı 20-25 min manatlıq, yanacağa qənaət edən ikinci əl maşını axtarır. Sənədləşdirmənin xərcini  də üzərimizə götürürük ki, sata bilək, müştəri qaçmasın”, - Eldar Alıyev bildirir.

E.Alıyevin sözlərinə görə, hibrid  avtomobillərinə təlabat ildən-ilə artır: “Bazara çıxan əksər satıcının kredit borcu var. Pandemiyada hamımız, xüsusilə yeni maşın alıb-gətirənlər zərərə düşdü. İndi nağdsız alqı-satqıda nə qədər vergi verəcəyimizi bilmirik. Yeni qayda haqqında az-çox eşitmişik,detallar açıqlanmadığından  narahatıq”.

Söhbətləşdiyimiz digər avtomobil taciri  isə deyib ki, yeni qayda haqda ilk dəfə bizdən eşidir. Sonuncu dəfə ötən həftənin istirahət günləri bazara çıxıb, ona bu barədə heç kim məlumat verməyib: “Ev satışı ilə bağlı qaydalardan xəbərdaram, bilirəm ki, alqı-satqı müqaviləsi olur, pul bank üzərindən köçürülür, vergilər tutulur. Konkret vergi məbləğləri bəllidir. Amma maşın alqı-satqısında nəğd hesablaşmanın qadağan ediləcəyini eşitməmişdim. Əgər belədirsə deməli dolanışığımız daha da pisləşəcək”.

Həmsöhbətimiz  deyib ki, bəzən aylarla satış olmur. Bir maşından əldə etdiyi qazanc 1 ay dolanışığa yetmir: “Adımız maşın alverçisidir, amma içi özümüzü, çölü özgələrini yandırır. Bazara çıxan alverçilərin çoxu borc götürüb maşın alır”.

Bakıdakı bir neçə avtomobil satışı salonlarına da zəng vurduq, onlar yeni dəyişiklikdən xəbərdar olsalar da deyirlər ki, hələlik prosesin necə təşkil ediləcəyi haqda məlumatları yoxdur. Çünki hesablamaların necə aparılacağı ilə bağlı detalların yaxın günlərdə açıqlanacağını onlara deyiblər.

 Qazanan alıcılar olacaq

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyir ki, bu qaydanın tətbiqinə çoxdan ehtiyac yaranmışdı. Çünki  yeni qaydanın tətbiqi ilə avtomobil alqı-satqısının uçotunun aparılması mümkün olacaq. Bu qayda istənilən halda vətəndaşların xeyrinə olacaq.

“Artıq xeyli müddətdir xüsusilə ikinci əl bazarında vətəndaşların aldadılmasının şahidi oluruq. Alıcı problemlə qarşılaşdıqda  maşını geri – aldığı adama  qaytara bilmir. Çünki avtomobil üçün ödədiyi məbləğlə bağlı hər hansısa bir sənədləşdirmə aparılmır. Nəticədə zərər çəkən alıcı olur”, - ekspert deyib.

Digər tərəfdən, uçotun aparılması vətəndaşların bəzi fırıldaqçıların toruna düşməsinin qarşısını alacaq. E.Cəfərov hesab edir ki, nağdsız hesablaşmalar qiymətlərin artmasına səbəb olmayacaq: “Avtomobil bazarında qiymətlər əsasən bir neçə amillərdən təsirlənir. Rüsumların artırılması, nağdsız hesablaşmalar qiymətlərə ciddi təsir edə bilməz. Əsasən beynəlxalq daşınaların bahalaşması avtomobillərin qiymətinə təsir edir”

 Bank faizi, vergi...

Ekspert deyir ki, hələlik avtomobil alqı-satqısından nə qədər bank faizi, vergi tutulacağı haqda  konkret məbləğ açıqlaya bilmir. Amma istənilən halda faizlər avtomobilin dəyərinin 5-10 faizi civarında olmayacaq: “Alqı-satqı zamanı tərəflər arasında qarşılıqlı razılaşma da ola bilər. Vətəndaş öz maşınını satırsa, bank hesabı açdırmaq gərək deyil, vəsaiti poçt vasitəsilə köçürə edə bilər. Sahibkarlar, avtomobil alverçiləri  isə təbii ki, vergi ödəyicisi kimi qeydiyyatdan keçəcək və alqı-satqını vergini ödəyərək həyata keçirəcəklər. Alqı-satqı prosesi zamanı əlavə vaxt itkisi olmayacaq”.  

E.Cəfərov xəbərdarlıq edir ki, alıcılar satıcı ilə danışıqlara gedib müəyyən qanunsuzluqlara əl atmasınlar. Məsələn, məbləğin yarısının banka köçürülməsi və ya digər risklərə getməsinlər. Çünki belə sövdələşmələrdən ziyan çəkə, başları ağrıya bilər.

 Azərbaycanda milyon yarım avtomobil var

Cəfərov onu da bildirib ki, avtomobillərin alqı-satqısının uçotunun aparılması vacibdir. Çünki Azərbaycanda milyon yarım avtomobil var. Hansı ki, onların tam yarısı yararsız, istismar müddətini başa vurmuş avtomobillərdir. Bu avtomobillərin alqı-satqı zamanı məyyən risklər yaranır. Ekspert onu da deyib ki, pandemiyanın pik dövründə avtomobil bazarında satış zəifləyib, satıcılar zərərlə üzləşiblər, ikinci maşın bazarında  da tələb azalıb. Hazırda isə vəziyyət yaxşılığa doğru dəyşib, tələb artıb və təxminən 5 faiz bahalaşma var...

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Son 2 günə Gürcüstandan Azərbaycana 700-ə yaxın maşın gətirilib

    Son 2 günə Gürcüstandan Azərbaycana 700-ə yaxın ...

    28-03-2014, 09:35

  • 
  • Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu avtomobillərin qiyməti artacaq

    Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu ...

    17-12-2018, 14:58

  • 
  • Azərbaycana maşın gətirmək istəyənlərin NƏZƏRİNƏ – QAYDALAR DƏYİŞDİ

    Azərbaycana maşın gətirmək istəyənlərin NƏZƏRİNƏ ...

    22-04-2019, 13:23

  • 
  • Partiya sədri “Nağdsız hesablaşmalar haqqında” qanuna yox dedi

    Partiya sədri “Nağdsız hesablaşmalar haqqında” ...

    26-04-2017, 18:17

  • 
  • Xəstəxanalarda ödənişlər kartla aparılacaq

    Xəstəxanalarda ödənişlər kartla aparılacaq ...

    19-02-2020, 13:29


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu