"Bazarstore" mağazalar şəbəkəsi ilə bağlı narazılıq yaranıb.
Narazılıq mağazada satılan məhsulun üzərində yer alan qiymətlə kassada göstərilən rəqəmlərin eynilik təşkil etməməsi ilə bağlı olub.
Sosial şəbəkədə bununla bağlı fotoşəkillər paylaşılaraq şikayət edilib:
"Bu halı artıq ikinci dəfədir ki, yaşayıram. "Bazarstore"un Əhmədli filialında alış-veriş etdim. Səhər işə gecikdiyim üçün qiymət fərqinə fikir vermədim. İndi görürəm ki, məhsulun üzərində bir qiymət, kassada başqa qiymət göstərilib. 0.30 qəpik elə böyük məbləğ olmaya bilər, amma milləti aldadıb belə oğurluq etmək utancvericidir".
"Bazarstore" mağazalar şəbəkəsindən "MediaPost"a verilən məlumata görə, burada texniki səhv baş verib: "Qiymət kassaya hər səhər göndərilir və məhsullar üzrə qiymət sayı çox olur. Bəzən isə qiymət sayının çoxluğuna görə bəzi qiymətlər sistemə daxil olmur. Belə şikayətlər olduqda biz müştəriləri dəvət edərək qiymət fərqini onlara ödəyirik./mediapost
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?