Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 577 yeni yoluxma faktı qeydə alınıb, 672 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 610 895 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 587 338 nəfər müalicə olunaraq sağalıb, 8 208 nəfər vəfat edib, aktiv xəstə sayı 15349 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 777, ötən müddət ərzində isə ümumilikdə 5 757 381 test aparılıb.
Son sutkada koronavirus (COVID-19) əleyhinə 77 vaksin vurulub.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49 nəfər təşkil edib.
Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 23 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 066 951, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 140 918, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 641 918 nəfər təşkil edir.
Sorğu
Yeni dizaynımız necədir?