Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda “Jeep”lə ər-arvadı öldürən kimdir? - YENİLƏNİB
11:53
Bakıda sığorta sektorunun keçmiş vəzifəli şəxsi “Jeep”lə ər-arvadı vuraraq ölümünə səbəb olub. Dekabrın 21-i axşam saatlarında Rövşən Əsgərov idarə etdiyi 10 DR 500 nömrəli “Jeep Grand Cherokee” markalı avtomobillə aeroport yolunda iki piyadanı vurub. Bakıda sığorta sektorunun keçmiş vəzifəli şəxsi “Jeep”lə ər-arvadı vuraraq ölümünə səbəb olub.
Piyadalar - 1957-ci il təvəllüdlü Zahid Kazımov və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Möhtərəm Kazımova hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Rövşən Əsgərov “AzSığorta” şirkətinin filiallarla iş departamentinin müdiri olub. Daha sonra isə “Standard İnsurance” sığorta şirkətinin Korporativ satış departamentinin direktoru işləyib. Buradakı vəzifəsindən çıxarılandan sonra bizneslə məşğul olduğu bildirilir.
Əlavə edək ki, 10 DR 500 nömrəsi daha öncə bir çox lüks avtomobillərdə istifadə olunub. İnternetdə yayılan fotolarda bu nömrənin “Range Rover”, “BMW 530” və “BMW X5” markalı avtomobillərə taxıldığı görünür. Həmin maşınların fotolarını təqdim edirik: (Qafqazinfo)
10:35
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Xəzər rayonu Mərdəkan şosesi istiqamətində baş verib. Bakı şəhər sakini Rövşən Əsgərov idarə etdiyi "Jeep-Grand Cherokee" markalı avtomobillə yolda hərəkət edən zaman piyadalar üçün nəzərdə tutulmayan yoldan keçən 1961-ci il təvəllüdlü Möhtərəm Kazımova və onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Zahid Kazımovu vurub. Nəticədə piyadalar hadisə yerində ölüblər.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanılıb.
GundemXeber.Az
22-12-2021, 10:58
30-07-2017, 14:44
30-07-2017, 11:52
8-09-2017, 13:40
8-10-2018, 12:40
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?