Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə R. Quliyev son sözlə çıxış edib. R. Quliyev son sözündə ittihamlarla razı olmadığını, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib: "Bu işdə bir zərərçəkən var, o da mənəm və ailəmdir". Daha sonra prosesdə hökm elan olunub. Hakimlər kollegiyasının qərarı ilə R. Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, R. Quliyev 1 il 6 ay rəhbər və maddi məsul vəzifə tuta bilməz. Xatırladaq ki, prokuror çıxışında R. Quliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?