Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini vəzifəsindən azad edilib.
GUNDEMXEBER.AZ xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Rafiq Cəlilov əmr imzalayıb. Əmrə əsasən, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Dilavərov Alıcı Tapdıq oğlu işdən çıxarılıb.
Qeyd edək ki, A.Dilavərov Cəlilabad RİH-nin sabiq başçısı Namiq Zeynalovun dövründə həmin vəzifəyə təyin edilmişdi. Xatırladaq ki, Namiq Zeynalov ötən ilin dekabr ayında həbs edilib.
Sorğu
Yeni dizaynımız necədir?