GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İNANAQMI: Dövlət qurumlarının “döyüşə” hazırıq bəyanı... - Yenə vəd, yenə inamsızlıq

İNANAQMI: Dövlət qurumlarının “döyüşə” hazırıq bəyanı... - Yenə vəd, yenə inamsızlıq

Tarix: 24-12-2021, 15:40 Bölmə :Cəmiyyət Baxış: 316


Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi (DYP) qış fəslinə ciddi hazırlaşdıqlarını bəyan edib. Qurumun açıqlamasında bildirilir ki, sürücülər və piyadalar da bu məsələdə yol polisinə dəstək olmalıdırlar.

Qeyd edək ki, artıq Azərbaycana qış fəsli daxil olub. Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə yeni il ərəfəsində Azərbaycanda havaların soyuq keçəcəyini, temperaturun normadan 17 dərəcəyədək aşağı enəcəyini, yağış, sulu qar, bəzi yerlərdə isə qar yağacağını bildirib.

Təcrübəyə istinad etsək, görərik ki, hər il havaların kəskin soyuduğu, yolların buz bağladığı dövrlərdə paytaxtda və regionlarda həyat iflic olur, yollar qardan təmizlənmir, kommunal problemlər isə pik həddə çatır. DYP əməkdaşları isə ümumiyyətlə, gözə dəymirlər. Qəzalı vəziyyətlərdə sürücülər bir-birilərinə dəstək olmaqla, özlərini təbiətin “şıltaq zarafatından” qorumağa çalışırlar.

GUNDEMXEBER.AZ xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun AYNA-ya dediyinə görə, əvvəlki dövrlərdən fərqli olaraq bu sahədə müsbət dəyişikliklər müşahidə olunmaqdadır: “Son illərə qədər qışın sərt dövrlərində həyat iflic olurdusa, artıq son dövrlər bu sahədə müsbət dinamika hiss olunur. Rayonlara səfərlərimiz zamanı qışa hazırlıqla bağlı ciddi tədbirlərin görüldüyünü müşahidə edirik. Eyni zamanda, paytaxtda da anoloji vəziyyət hökm sürür”.

“Hökumət qışa hazırlıqla bağlı dövlət proqramını təsdiq edib. Bütün dövlət qurumlarına bu məqsədlə vəsaitlər və texnikalar ayrılıb. Ərzaqla bağlı da hər hansı qıtlıq qeydə alınmır. Düşünürəm ki, qış sərt keçsə belə, bu qışı da normal başa vuracağıq. Hər hansı çətinlik yaranacağını gözləmirəm”, - deyə deputat bildirib.

Əhmədov vurğulayıb ki, müvafiq qurumlar bu məsələdə məsuliyyətli olmalıdır: “Hökumət bu sahəyə vəsait və texnika ayırırsa, aidiyyəti qurumlar da onlara tapşırılan işi məsuliyyətlə yerinə yetirməlidir. Onsuz da Azərbaycanda qış fəsli bir o qədər sərt keçmir. Sərt qışdan qorunmaq üçün bütün imkanlar mövcuddur. Sadəcə qalır vicdanla işləmək, vəssalam. Xüsusən müvafiq qurumlar kordinasiyalı şəkildə çalışmalı, əhalinin çətinliklərlə üzləşməsimə imkan verməməlidir”.

Milli Məclisin sabiq üzvü, iqtisadçı alim Nazim Bəydəmirli isə AYNA-ya açıqlamasında deyib ki, burada əsas problem idarəetmədə paralel strukturların olmasından qaynaqlanır: “Bakı Nəqliyyat Agentliyi olduğu halda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin olmasına nə ehtiyac var? Və ya icra hakimiyyətlərinin hazırkı funskiyaları nədən ibarətdir? Müstəqil ekspertlər illərdir idarəetmə sistemində optillaşdırmanın aparılması ilə bağlı təkliflərlə çıxış etsələr də, bunlar qulaqardına vurulur. Nəticədə kiçik fors-major hal ortaya çıxan kimi, həyat iflic olur”.

“Dünyanın əksər ölkələri qışa bir neçə ay öncədən hazırlaşırlar. Bizimkilər isə cərimə toplamaqla məşğuldurlar. Özü də yarışa giriblər. Kim nə qədər çox cərimə toplayırsa, özünü qəhrəman sayır”, - deyə həmsöhbətimiz vurğulayıb.

O, vəziyyətə belə aydınlıq gətirib: “Bilirsiniz bütün bu problemlər niyə baş verir? Mən deyim. Çünki paralel qurumların hərəsi bir tərəfdən yeyir, dağıdır, məsuliyyəti isə bir-birinin üzərinə atırlar. Nəticədə vətəndaşlar Allahın ümidinə qalırlar. Mən hesab edirəm ki, hər il olduğu kimi, hökumət bu il də qışa hazır deyil. Heç olmasa dövlət qurumları öz ayıblarına utansın. Hələ utanmdan qışa hazır olduqlarını bəyan edirlər. Ümid edirlər ki, qış sərt keçməz və təbiət onları “çıxılmaz durumda” qoymaz. Təbiət bir balaca sərt üzünü göstərən kimi, bunlar da məsuliyyəti üzərlərindən atırlar”.

“Nə zamana qədər ki, idarəetmədə korrupsiya var, dövlət idarəçiliyində özbaşınalıqlar mövcuddur, paralel strukturlar fəaliyyət göstərir, Azərbaycan heç zaman qışa hazır olmayacaq - nə bu il, nə gələn il, nə də ondan sonrakı illərdə”, - deyə ekspert bildirib.

Bəydəmirlinin sözlərinə görə, Azərbaycanda havaların mülayim keçməsi dövlət qurumlarının üzünü ağ edir: “Diqqət edin, görün nə qədər ölkə var ki, orada qış çox sərt keçir. Lakin onlar bunun öhdəsindən yüksək səviyyədə gəlirlər. Azərbaycanda isə üst-üstə heç 10 gün sərt qış keçmir. Bunda da həyat iflic olur. Nə yollar təmizlənir, nə kommunal xidmətlər fəaliyyət göstərir, nə də nəqliyyatın hərəkəti mümkün olur”


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda qar yağacaq, bəzi yerlərdə yollar buz bağlayacaq

    Azərbaycanda qar yağacaq, bəzi yerlərdə yollar ...

    28-01-2014, 13:39

  • 
  • DİQQƏT: şaxta gəlir, yollar buz bağlayacaq

    DİQQƏT: şaxta gəlir, yollar buz bağlayacaq ...

    6-01-2015, 21:41

  • 
  • Polisdən sürücülərə MÜRACİƏT

    Polisdən sürücülərə MÜRACİƏT ...

    4-12-2015, 13:49

  • 
  • Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ

    Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ ...

    24-10-2016, 13:57

  • 
  • Yol polisi sürücülərə xəbərdarlıq etdi

    Yol polisi sürücülərə xəbərdarlıq etdi ...

    14-12-2016, 23:46


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu