GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "BAKI RADİKAL QƏRARLAR VERMƏK ZORUNDADIR..." - "Laçın dəhlizi nəzarətə götürlməsə..."

"BAKI RADİKAL QƏRARLAR VERMƏK ZORUNDADIR..." - "Laçın dəhlizi nəzarətə götürlməsə..."

Tarix: 25-12-2021, 11:10 Bölmə :Cəmiyyət Baxış: 280


Laçın dəhlizində yaşananlar Azərbaycan üçün əsl başağrısına çevrilməkdədir. Fransada gələn ilin aprelində keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasından namizəd Valeri Pekresin bir neçə digər fransız siyasətçi ilə Qarabağda peyda olması və orada separatçı-kriminal ünsürlərlə görüşməsi koridorla bağlı narahatlığımızın nə dərəcədə əsaslı olduğunu bir daha təsdiqlədi.

Düzdür, Perkesin adı dərhal Azərbaycanın “arzuolunmaz şəxslər” siyahısına daxil edildi və Fransanın Bakıdakı səfiri XİN-ə çağırılaraq, ona etiraz notası təqdim edildi. Lakin bu, çıxış yoludurmu?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluya görə, xeyr.

“Laçın dəhlizini nəzarətə götürmək lazımdır ki, Valeri Pekres kimilər Azərbaycanın icazəsi olmadan ərazimizə daxil olub erməni separatçıları ilə görüşə bilməsinlər. Əks halda, Laçın dəhlizi başımızı hələ çox ağrıdacaq”, - deyə o, musavat.com-a bildirib.



Onun sözlərinə görə, bu gedişlə Pekresin ardınca amerikalı konqresmenlər, rusiyalı deputatlar və digərləri Azərbaycana qanunsuz daxil olacaqlar və elə ermənilərin də məqsədi odur ki, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”ndakı isimlərin sayı artsın və bununla müxtəlif dövlətlərlə münasibətlərdə gərginliklər yaşayaq: “Birdən həmin o Pekres Fransa prezidenti seçildi, rəsmi Bakı onun legitimliyini tanımayacaqmı və Fransa ilə münasibətlərə son qoyacaqmı? Təbii ki, ermənilər də bunu arzulayır. Odur ki, bizim bir nömrəli vəzifəmiz Laçın dəhlizini nəzarətə almaq olmalıdır və bu kommunikasiya xətlərinin açılmasından əvvəl baş verməlidir”.

Məsələ də ondadır ki, 10 noyabr üçtərəfli kapitulyasiya sənədində Laçın dəhlizi Bakının razılığı və Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında, sırf Ermənistan vətəndaşları ilə Qarabağ erməniləri üçün (!) və humanitar (!) məqsədlə yaradılıb. Dəhlizdən siyasi məqsədlər naminə, yaxud Azərbaycan dövlətinə qarşı hansısa təxribatlar üçün istifadə qəti şəkildə yollevirlməzdir! Həm Ermənistan, həm də ələlxüsus üçüncü dövlətin vətəndaşları üçün.



Ümumiyyətlə, başqa dövlətlərin vətəndaşları rəsmi Bakının izni olmadan Qarabağa daxil ola bilməz. Əfsus ki, Azərbaycanın bu xoş məramından sui-istifadə halları davam edir və get-gedə çoxalır. Bu isə həm də 10 noyabr sənədinin kobud pozuntusudur və rəsmi Bakını öz suveren ərazisi olan Laçın dəhlizi ilə bağlı hərəkətə keçib əlahiddə radikal qərarlar vermək zorunda qoyur. Söhbət dəhlizə giriş-çıxışın nəzarətə götürlməsindın gedir.

Təbii ki, vaxtaşırı özünü göstərən belə xoşagəlməz hallara görə Rusiya hərbçiləri bilavasitə cavabdehlik daşıyır. Qarabağa qanunsuz səfərlər əlbəttə ki, həm Rusiya kontingentinə, həm də onun timsalında Rusiyaya qarşı cəmiyyətimizdə olan-qalan unamı və etimadı sarsıdır...

Bu xüsusda siyasi analitik Fərhad Məmmədov əmindir ki, Valeri Pekresin təxribatının sülhməramlılardan və Ermənistan hakimiyyətindən gizli həyata keçirilməsi mümkün deyil.

Bu barədə o, Caliber.az-a açıqlamasında söyləyib.

“Yəni Ermənistan hakimiyyətinə və sülhməramlıların rəhbərliyinə səfər barədə məlumat verilib. Hətta səfərin təşkilatçıları elə sonuncular özləri olub”, - ekspert qeyd edib.

Onun fikrincə, Rusiya Laçın dəhlizində eksklüzivliyi (monopolist nəzarəti) itirmək istəmir və bunda Rusiya ilə Fransanın mövqeləri fərqlənmir. Eyni zamanda, Rusiya ola bilsin, bu yolla sülhməramlılar üçün mandat məsələsini aktuallaşdırmağa çalışır.



“Ermənistan rəhbərliyi anlayaraq ki, ”status" məsələsi artıq ortadan qalxır və ATƏT-in Minsk Qrupunun gündəliyi dövlətlərarası mövzuya transfer olur, çalışır ki, Qarabağ ermənilərinin “subyektivliyi” heç olmasa publik səviyyədə qorunub saxlansın. Ancaq İrəvan bununla son həftələrdə baş verən bütün pozitiv prosesləri təhlükə altına almaq riski yaradır. MDB sammiti öncəsi belə təxribatın həm Ermənistan, həm də Rusiya sülhməramlılar üçün neqativ təsirləri ola bilər. Laçın dəhlizinin girişində postların qurulması artıq Azərbaycan üçün daxili tələbə çevrilir və sülhməramlılar Azərbaycan cəmiyyətində onlara inamsız yanaşılması üçün əllərindən gələni edib", - politoloq vurğulayıb.

Onun qənaətincə, Bakının yaxın bir neçə gündə atacağı addımlardan çox şey asılı olacaq: “Məsələn, növbəti ortaq təlimlər Türkiyə və Pakistanla birgə Kəlbəcər və Laçında PUA-lardan istifadə edilməklə keçirilə bilər. Azərbaycanın arsenalında çoxlu sayda təzyiq mexanizmləri var ki, onlar tətbiq oluna bilər və olunmalıdır”, - siyasi analitik əlavə edib.

Heç şübhə yox ki, Azərbaycan dövləti bu yöndə öz təzyiq rıçaqlarını işə salmaq da daxil, gərəkən addımları atacaq. Ən azı o səbəbə ki, düşmən tərəf və onun havadarları daha da şirniklənməsinlər...

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyanın sülhməramlı hərbçiləri Laçın dəhlizini nəzarətə götürdü

    Rusiyanın sülhməramlı hərbçiləri Laçın dəhlizini ...

    11-11-2020, 13:57

  • 
  • Türkiyənin müdafiə naziri: “Naxçıvan və Laçın dəhlizi ilə bağlı işlər bərabər aparılır”

    Türkiyənin müdafiə naziri: “Naxçıvan və Laçın ...

    18-12-2020, 10:41

  • 
  • Laçın... - Fotolar

    Laçın... - Fotolar ...

    15-05-2014, 18:05

  • 
  • Laçın dəhlizi: Dağlıq Qarabağın boy-buxunundan uzun “saqqalı” - GƏLİŞMƏ

    Laçın dəhlizi: Dağlıq Qarabağın boy-buxunundan ...

    26-11-2020, 12:29

  • 
  • "Başımızı Zəngəzurla qatıblar: Qarabağda bildiklərini edirlər..." - Diqqət QARABAĞA!

    "Başımızı Zəngəzurla qatıblar: Qarabağda ...

    15-05-2021, 10:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu