Gundemxeber.az » Ölkə » Cəmiyyət » TƏBİB: "Uşaqlar arasında yayılan xəstəlik mövsümi xəstəlikdir"
“Təəssüf ki, bəzi həkimlərin verdiyi məlumatlar həqiqəti əks etdirmir. "Delta" ştamının aşkar olunması və dominant olması barədə elan verilmişdi”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, ölkədə "Delta" ştamının aşkar edilə bilməməsi barədə səsləndirilən fikirlər yalnışdır: “Bununla bağlı bütün imkanlarımız var”.
Y.Qarayeva bildirib ki, uşaqlar arasında yayılan xəstəlik mövsümi xəstəlikdir: “Simptomlar hər zaman olub. Burada respirator virus infeksiyaları rol oynayır. Əgər uşaqlarda koronavirus olsa, bunu testlər vasitəsilə müəyyənləşdirmək mümkündür”.
TƏBİB rəsmisi vurğulayıb ki, koronavirus infeksiyasının kliniki xüsusiyyətləri digər respirator infeksiyaların əlamətləri ilə oxşarlıq təşkil edir: Yeni “Omikron” ştamında mədə-bağırsaq sisteminin pozulması, ürək bulanma, qusma hallarına rast gəlindiyi bildirilir: “Yoluxmaların artdığı müddətdə xəstəliyin fərqli simptomlarına rast gəlinirdi. Yeni ştamla əlaqəli xüsusi yeni simptomların olması ilə bağlı araşdırmalar hələlik yekunlaşmayıb".
Gundemxeber.Az
20-08-2021, 13:15
15-08-2020, 12:22
19-11-2020, 16:18
21-08-2020, 18:00
5-05-2020, 21:07
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?