GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Virtual qumarın qadağan olunmasının şok sirri - bəzi məmurlar və varlı balaları...

Virtual qumarın qadağan olunmasının şok sirri - bəzi məmurlar və varlı balaları...

Tarix: 29-12-2021, 09:41 Bölmə :Cəmiyyət Baxış: 641


Dekabrın 27-də Azərbaycan parlamenti “Telekommunikasiya haqqında” Qanuna düzəlişi qəbul edib. Düzəliş virtual məkanda lotereya və idman mərc saytlarına girişi qadağan edir. Qanuna edilən düzəlişə əsasən, internet provayderləri və rabitə operatorları telekommunikasiya xidmətləri vasitəsilə azart oyunların təşkilinin və keçirilməsinin qarşısını almalıdırlar. Buraya azart oyunların təşkili və ya bilet satışı, azart oyunlarda iştirak, o cümlədən xarici lotereya təşkilatçılarına və idman mərc oyunlarının operatorlarına ölkədə virtual mühitə çıxış daxildir.

Ölkə əhalisinin böyük əksəriyyətinin heç bir məlumatı olmadığı virtual qumar oyunlarına girişin qadağan edilməsinin ciddi səbəbləri var. Belə ki, son illər bəzi məmurlar və varlı övladlarının ciddi maraq göstərdiyi bu oyunlarda xeyli pul uduzanlar var.

İddialara görə, bu gün də bəzi tanınan vəzifə sahibləri qumar və mərc oyunlarına ciddi maraq göstərirlər. Onların külli miqdarda pul uduzduqları hakimiyyətə də bəlli olub. Eləcə də varlı övladları internet üzərindəki qumar oyunlarında xeyli pul uduzublar. Sosial şəbəkələrdə və müxtəlif internet portallarında qanunsuz mərc oyunlarının geniş təbliğatı gedir.

Bəxt çarxını fırlatmaq tələsinə internetdəki “Milyonçu olmaq istəyirsən?” “İndi qeydiyyatdan keç, varlan”, “Oyna və qazan” kimi təşviqedici reklamlar üzərindən düşmək su içmək qədər asandır. İnternetdə “1xBet”, “MotsBet”, “Vulkanbet”, “22bet”, “PinUpbet” oyunlarının reklamları yetərincədir. İstifadəçi bu platformalara pul köçürərək, mərc etməyə başlayır. Qalanı isə texniki məsələdir. Pullar xaricdəki hesablara gedir və azart həvəskarı çox vaxt da udmuş olsa belə, hesabında olan pula sahib çıxa bilmir. Təhlükəsizlik məsələləri ilə əlaqəli hesabdan pul çıxarılması bloklanır. Belə saytların internetdə geniş yayılmasının da səbəbi sadədir. Dünyanın dörd bir tərəfindən axan pullar hesabına geniş reklam kampaniyası aparılır, aylıq reklam müqabilində səhifələrə müəyyən məbləğdə pul ödənilir.

Azərbaycanda qumarxana-kazino biznesi 1998-ci ildən rəsmi şəkildə qadağan olunub. O zamandan sonra ölkədə ara-sıra kazinoların “səsi” eşidilirdi, hüquq-mühafizə orqanları əməliyyat keçirib belə oyunları təşkil edənləri ifşa edirdilər. 2011-ci ildə isə ölkədə ilk və yeganə qanuni idman mərc oyunu “ToPaz” fəaliyyətə başlayıb. “Caspian Tech” QSC-nin ticarət nişanı olan “ToPaz” portalı dövlət təminatlıdır və qanuni hesab olunur. Digər bütün mərc və onlayn platformalardakı oyunlar isə qanundankənardır. Bu gün Azərbaycanda qumar oyunlarında külli miqdarda pul itirənlərin sayı kifayət qədərdir.

Bir neçə gün əvvəl Milli Məclisdə “Turizm haqqında” yeni hazırlanan qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev təklif edib ki, kazinoların Azərbaycanda açılmasına icazə verilsin. Sitat: “Rusiyada bu, müəyyən əraziləri əhatə edir. Azərbaycanda da belə edə bilərik. Məsələn, Qarabağda, Zəngəzurda kazinoların açılmasına icazə verə, bununla da turist cəlb edə bilərik. Digər tərəfdən, Nargin adasında buna icazə verə bilərik. Turist axınını cəlb etmək üçün xidmət sahəsində fəaliyyətlər təkmilləşdirilməlidir”.

Qüdrət Həsənquliyevin bu təklifini süngü ilə qarşılayanlar çoxluqdadır. Deputatın bu təklifindən 1 həftə sonra Azərbaycan parlamentində “Telekommunikasiya haqqında” Qanuna düzəliş edildi. Bəs bu düzəliş nəyi dəyişəcək?

Ümumiyyətlə, qumarxanalar ləğv edilməlidir, yoxsa müəyyən şərtlər daxilində belə oyunlara icazə verilməlidir?

Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bu barədə mətbuata açıqlamasında bildirib ki, qanunvericiliyə görə, ölkədə bu tip fəaliyyətlər qadağandır: “Kimlərsə onlayn mühitdə qumar, mərc, müxtəlif kazino oyunları ilə bağlı reklam yayır və təbliğat aparır. İstər onlayn, istərsə də oflayn mühitdə belə hərəkətlər qanunvericiliyə ziddir. Burada cinayət məsuliyyəti yaradan məqamlar var. Xüsusən internet azyaşlılar üçün əlçatan olduğuna görə belə oyunların reklamı daha ciddi məsuliyyət yaradır”.

Osman Gündüz qeyd edib ki, bu məsələ Azərbaycanda bir sıra aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməlidir: “Azərbaycan Reklamçılar İttifaqı, Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi monitorinqlər aparmalıdırlar. Xüsusilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi monitorinq aparıb nəticəni bəlli qurumlara təqdim etməlidir ki, Azərbaycan qanunvericiliyi ilə belə fəaliyyətlərin qarşısı alınsın. Bu fəaliyyət gizli deyil və aşkar formada aparılır. Hesab edirəm ki, aidiyyəti orqanlar bu cür onlayn oyunların, eləcə də reklamların fərqindədirlər”.

Gundemxeber.az-ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Prezidentin 25 oktyabr 2016-cı il tarixli, 1086 saylı fərmanının icrası ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır: “Bildiyim qədər bu monitorinqləri Daxili İşlər Nazirliyi aparır və Azərbaycanda akkreditasiya olunmadan idman mərc oyunlarını təşkil edən şəxslər ətrafında tədbirlər həyata keçirilir. İnternet şəbəkəsində akkreditasiya olunmadan idman mərc oyunlarını təşkil edən şəxslər müəyyən edildikdə barələrində Cinayət Məcəlləsinin Lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanır. Bu maddənin 1.2-ci bəndinə əsasən, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədilirsə, məsuliyyətə cəlb olunmuş şəxs cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 3 misli miqdarında cərimə və ya 1 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Hüquqşünas deyir ki, internet üzərindən kazino oyunları təşkil edən saytların serverləri xarici ölkələrdə yerləşir və internet üzərindən idarə olunur. Bu baxımdan həmin oyunları təşkil edənlərin cəzalandırılması çətin məsələdir: “Qanuna edilən düzəlişlərdən sonra ”Lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi qaydalarının pozulması" maddəsində cərimələrin miqdarı kəskin şəkildə artırılıb. Qumar oyunlarının təşkilinə və keçirilməsinə görə inzibati xətanın törədilməsinə alət olmuş predmet, habelə qumar oyunlarına qoyulmuş pul vəsaitləri və ya digər əmlak, uduş fondu, həmçinin qumar oyunu nəticəsində əldə edilmiş gəlir müsadirə edilməklə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək. Azərbaycan Respublikasının ərazisindən qumar oyunlarında iştirak üçün imkanın yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək. Qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (ya) satışına görə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək. Qumar oyunlarında iştirak üçün mərclərin qəbul edilməsi, pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürülməsi, ödənilməsi, uduşların, mükafatların və ya digər gəlirin verilməsi, bunların təşkili və bunlarla əlaqədar xidmətlərin göstərilməsinə görə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək. Qumar oyunlarının təşkili, keçirilməsi, iştirak üçün biletlərin (və ya biletlə bərabər tutulan digər iştirak hüququnun) satışı, qumar oyunlarında iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrasına (aparılmasına) görə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək".

Hüquqşünas deyir ki, cərimələrin artırılması belə oyunlara marağı azaltmır: “Deputat Qüdrət Həsənquliyevin kazinoların müəyyən məkanlarda açılması təklifinə neqativ yanaşılması cəmiyyətin buna hazır olmaması ilə əlaqəlidir. Dünyada bir çox turizm sahələri olduğu kimi qumar turizmi də var. Yəni varlı insanlar var ki, dünyanın gəzməli-görməli yerlərini görmək arzusu ilə azartlı oyunlara maraqlarını bir arada həyata keçirmək istəyirlər. Qonşu Gürcüstanda bu istəklər nəzərə alınır və müəyyən şərtlər daxilində kazinolara icazə verilir. Əgər ölkədən bu istiqamətdə pul axınının qarşısını almaq istəyiriksə, bu məsələyə bir qədər fərqli yanaşma ortaya qoyulmalı idi. Cərimələr, qadağalar vəziyyətdən çıxış yolu deyil, üstəlik, müəyyən mənada ziyanlı tərəfləri də var. Məmurlar, onların övladları qumar oynamaq istəyirlərsə, niyə Gürcüstana getməli və orada uduzmalıdırlar? Bu baxımdan məsələyə bir daha baxılması zərurəti var”.

Qeyd edək ki, ölkədə bəzi mərc saytları bloklansa da, hazırda “MostBet” və “1xBet” kimi geniş istifadəçi kütləsi olan saytların girişinə heç bir məhdudiyyət yoxdur. 


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda xarici idman mərc oyunları satıcılarına QADAĞA

    Azərbaycanda xarici idman mərc oyunları ...

    18-12-2021, 09:05

  • 
  • Məşhur bukmeyker şirkəti Böyük Britaniyada qadağan edildi - Uşaq idmanı qalmaqalı

    Məşhur bukmeyker şirkəti Böyük Britaniyada ...

    15-08-2019, 10:36

  • 
  • Azərbaycanın mərc oyunları bazarındakı milyonlar

    Azərbaycanın mərc oyunları bazarındakı milyonlar ...

    16-10-2015, 23:21

  • 
  • VİRTUAL MEDİAYA AYRILAN PULLARA TAMAH SALAN VAR

    VİRTUAL MEDİAYA AYRILAN PULLARA TAMAH SALAN VAR ...

    6-05-2013, 23:16

  • 
  • Azərbaycanda mərc oyunları QANUNDAN KƏNARDIR... - İLGİNC

    Azərbaycanda mərc oyunları QANUNDAN KƏNARDIR... - ...

    15-09-2020, 11:43


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu