Gundemxeber.az » Ölkə » Cəmiyyət » Nikahın qeydiyyatına görə rüsumlar artırılıb
Gələn il yanvarın 1-dən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri dəyişir.
Bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılıb.
Eyni zamanda nikahın pozulmasının qeydə alınması üçün tətbiq edilən rüsumlar da artırılır. Belə ki, yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında – nikahın pozulmasının qeydə alınmasına görə olan dövlət rüsumu 15 manatdan 20 manata, məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulmasının qeydə alınması üçün olan rüsum 15 manatdan 20 manata qaldırılıb.
Gundemxeber.az
1-11-2021, 12:27
1-11-2021, 12:46
1-11-2021, 12:33
10-01-2013, 11:38
24-11-2017, 12:12
Sorğu
Yeni dizaynımız necədir?