Gundemxeber.az » Ölkə » Cəmiyyət » MN: Azad olunmuş ərazilərdə 17 mindən artıq mina zərərsizləşdirilib
Hərbi qulluqçuların döyüş hazırlığını yoxlamaq üçün Müdafiə Nazirliyinin rəhbərliyi işğaldan azad olunmuş ərazilərə 30 dəfə səfər edib. Bunu Müdafiə Nazirliyində ilin yekunlarına dair keçirdiyi brifinqdə nazirliyin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Qurum rəsmisi bildirib ki, carı ildə işğaldan azad olunan ərazilərin minalalardan təmizlənməsi və təhlükəsizliyin təmin olunması istiqamətində işlər aparılıb. Aparılan işlər nəticəsində azad olunmuş ərazilərdə 17 mindən artıq mina zərərsizləşdirilib.
Onun sözlərinə görə, 2021-ci il ərzində 13 min hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.
Qeyd olunub ki, 2021-ci il ərzində Mühəndis Qoşunları tərəfindən azad olunan ərazilərimizdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin döyüş mövqelərinə yeni təminat yolları çəkilir.
Mina təmizlənmə işlərində əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
GUNDEMXEBER.AZ
1-06-2021, 16:25
10-12-2021, 13:04
7-06-2021, 17:14
2-02-2021, 10:12
9-02-2021, 11:52
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?