GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tağı Əhmədovun işləri yenə düz gətirmədi

Tağı Əhmədovun işləri yenə düz gətirmədi

Tarix: 30-12-2021, 16:43 Bölmə :Cəmiyyət Baxış: 576


“Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədovdan 2 milyon manat sələm götürüb mənimsəməkdə ittiham olunan Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə icraatı dayandırılıb. Buna səbəb barələrində məhkəmə istintaqı dövründə ev dustaqlığı qətimkan tədbiri seçilmiş həmin şəxslərin sonuncu məhkəmə iclaslarına gəlməməsidir. Nəticədə onların barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə icraatı dayandırılmaqla axtarışa veriliblər. Bu haqda “Kriminalqafqaz” yazır.

Xatırladaq ki, dələduzluqda ittiham olunan həmin şəxslərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılırdı. virtualaz.org təqsirləndirilən şəxslərin məhkəmədən yayındıqları barədə xəbəri dəqiqləşdirmək üçün hakimlə əlaqə saxlamağa cəhd etsə də telefon zənglərinə cavab ala bilməyib.

Sələmçi Tağı Əhmədovun pullarını mənimsəyənlərin işi üzrə   məhkəmə prosesi dörd aydır ki davam edir. Təqsirləndirilən şəxsdən yalnız Səadət Xəlilov həbs olunmuşdu.

Məhkəmənin gedişatında məlum olub ki,  YAP-ın Yasamal təşkilatının sədri olarkən (hazırda bu vəzifəsindən gedib) Tağı Əhmədov AMEA əməkdaşı, professor Soltan Əliyev vasitəsilə Səadət, Qulu və Sahilə sələmə cəmi 2 milyon manata yaxın pul verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək T.Əhmədovu bu işə pul yatırmağa inandırıblar. O, elə YAP-ın rayon təşkilatının binasında pulları mərmər tacirlərin verib.

Daha sonradan nə pulu, nə faizini qaytara bilmədikləri üçün Soltan Əliyev onların barəsində  şikayət edib. Cinayət işi üzrə zərərçəkmiş kimi də S.Əliyev tanınıb. İndi məhkəmədən gizlənən Sahil Abuşov əvvəlki iclaslarda onlara sələm verən şəxsin Tağı Əhmədov olduğunu təsdiqləyib: “Biz mərmər biznesi ilə məşğul olurduq. İşləri görmək üçün pulu Səadət müəllim verirdi, o da pulları Tağı Əhmədovdan sələmə götürürdü. Tağı müəllim ona aylıq 1.5-2 faizlə pul verirdi. Üç dəfə ondan pul götürmüşük. Pulları Yasamalda YAP-ın binasının yanında aldıq. Səadət və Soltan içəri girib pulları götürürdü, sonra çıxıb bizə verirdilər”.

Məhkəmə istintaqından qaçan digər şəxs Qulu Muxtarov isə vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müvəkkili işləyib. Hüquq-mühafizə orqanlarından təqaüdə çıxdıqdan sonra Beynəlxalq Bankın rəhbəri olmuş Cahangir Hacıyevin mühafizəçisi işləyib.


O ifadəsində Tağı Əhmədova 1 milyon dəyərində yaqut daşı girov qoyduqlarını deyib: “Daş dostumun idi. Səadət təklif elədi ki, daşı girov qoyub sələmə pul götürək. Arada mənim də xeyrim olacaqdı. Daşın pulunu isə bir müddət sonra alverdən gələn qazancdan verəcəkdilər. Daşa görə cəmi 350 min manat pul ödəyiblər”.

Məhkəmə istintaqı zamanı məlum olub ki, sələm prosesində T.Əhmədovun oğlu Ruslan Əhmədov da iştirak edib. Hətta bir dəfə Tağı Əhmədov pullarını qaytarmadığı üçün Səadət Xəlilovu ofisində döyüb. Səadət Xəlilov götürülən puldan 234 min manat qaytardığını bildirir.

Zərərçəkmiş Soltan Əliyev Tağı Əhmədovun 2 milyonu ilə yanaşı, əlavə 1 milyon 92 min manat da faiz pulu tələb edir.

Xatırladaq ki, Tağı Əhmədov Bakı Metropoliteninə rəhbərlik edəndə MTN generalı Akif Çovdarov da onu “qarmağa keçirmişdi” və 3 milyon dollarını almışdı. T.Əhmədov bu pulları “ömür boyu işləyib maaşı ilə yığdığını” demişdi.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Maşallah Əhmədov xəstəxanaya yerləşdirildi

    Maşallah Əhmədov xəstəxanaya yerləşdirildi ...

    20-12-2016, 20:20

  • 
  • “AMAY Abdulla”nın həbsdə olan şəriklərindən şikayət - MƏHKƏMƏ

    “AMAY Abdulla”nın həbsdə olan şəriklərindən ...

    23-07-2019, 15:27

  • 
  • Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

    Keçmiş Rabitə və Yüksək Texnologiyalar ...

    25-05-2018, 12:07

  • 
  • Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

    Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə ...

    18-11-2013, 12:42

  • 
  • Arif Əsgərovun bacanağı məhkəmədə ifadə verdi

    Arif Əsgərovun bacanağı məhkəmədə ifadə verdi ...

    13-11-2017, 14:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu