Gundemxeber.az » Ölkə » Cəmiyyət » Narkotikin təsiri altında "Tik-tok”da canlı yayım açan şəxs həbs edilib
Narkotikin təsiri altında "Tik-tok”da canlı yayım açan şəxs həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, bir neçə gün öncə “Tik-tok” sosial şəbəkəsində gənc oğlanın canlı yayım açaraq dostuna “polis məndən xahiş edir ki, bizim ərazimizdə “dvijeniya” etməyin” sözlərini dediyini əks etdirən videogörüntü yayılmışdı.Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə həmin şəxsin Abşeron rayon sakini, 19 yaşlı Tural Salmanov olması müəyyən edilib və o, saxlanılıb.
T.Salmanov həmin ifadələri narkotikin təsiri altında izləyicilərinin marağını cəlb etmək məqsədilə işlətdiyini etiraf edib. O, bu hərəkətindən peşman olduğunu bildirərək üzr istəyib.
T.Salmanovun üzərinə baxış zamanı şəxsi istehlak miqdarında narkotik vasitə də aşkar olunub.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə T.Salmanov barəsində 45 gün müddətə inzibati həbs tətbiq edilib.
Gundemxeber.Az
25-10-2018, 12:40
17-09-2020, 14:11
31-01-2020, 16:47
10-12-2021, 12:51
18-01-2020, 16:02
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?