GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hökumət bahalaşmanın qarşısını ala bilərmi?

Hökumət bahalaşmanın qarşısını ala bilərmi?

Tarix: 4-01-2022, 19:40 Bölmə :Cəmiyyət Baxış: 404

"Çörəyin qiyməti subsidiyadan asılıdır"...

Hələ bir neçə gün öncə sosial şəbəkələrdə un məmulatlarının qiymətinin artmasıyla bağlı xəbərlər yayılmışdı. Vətəndaşlar kisə ilə satılan unun qiymətində 15-30 faiz bahalaşma olduğunu bildirirdilər. Sonradan bu məlumatlar öz təsdiqini tapmağa başladı.

Rəsmi açıqlama olmasa da, artıq bəzi paytaxt mağazalarında "zavod" çörəyinin 60 qəpikdən satıldığı barədə məlumatlara rast gəlinir. Eyni zamanda, unun kisəsinin də 10 manat civarında bahalaşdığı bildirilir. Bölgələrdə isə vəziyyət daha mürəkkəbdir. Belə ki, bəzi un istehsalçıları vahid qiymət tətbiq edilənədək, satışı dayandırıblar. Nəticədə bəzi bölgələrdə un qıtlığı yarandığı barədə xəbərlər yayılır.

Sözügedən problemlə bağlı ölkədəki iri un və çörək istehsalçıları müraciət yayıblar: "2021-ci ilin dekabr ayında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub. Dövlətin sahibkarlara göstərdiyi dəstək nəticəsində 50 kq-lıq bir kisə unun topdan satış qiymətini 26 manat səviyyəsində saxlamaq mümkün olub. Amma mövcud subsidiya mexanizminin 2021-ci ilin dekabr ayının sonunadək qüvvədə olmasını nəzərə alaraq, hazırda buğda idxalının və un istehsalçılarının fəaliyyətinin davam etdirilməsi, ölkəmizin bu ərzaq məhsulu ilə təminatı, qıtlığın yaranmaması məqsədilə unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranıb. Hesablamalarımıza görə, uyğunlaşmanın nəticəsi olaraq, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi "zavod" çörəyinin qiymətinin 10-15 qəpik artması ehtimal olunur".

Xatırladaq ki, ölkədə çörəyin qiymətini Tarif Şurası müəyyənləşdirmir. Azərbaycan buğda idxalçısı olduğundan, çörəyin qiyməti qlobal bazardakı vəziyyətdən aslıdır. Bazardakı vəziyyət isə heç də ürəkaçan deyil. Belə ki, daha çox Rusiyadan idxal olunan ərzaq buğdasının qiymətində bahalaşma müşahidə edilir və yaxın tarixdə həmin qiymətin bir qədər də artacağı gözlənilir. Çünki hökumət buğdanın ixrac rüsumunun 2022-ci il yanvarın 12-dən artaraq, 1 ton üçün 98,2 dollar olacağını açıqalyıb. Qeyd edək ki, hazırda bu göstərici 94,9 dollardır. Rusiya hökuməti bu yolla əldə olunan gəliri buğda istehsalçılarına subsidiya şəklində ödəməyi planlaşdırır.

Məlumat üçün qeyd edək ki, hazırda 500 qramlıq çörəyin qiyməti Türkiyədə 1,06 manat, Rusiyada 80 qəpik, Ukraynada 80 qəpik, Gürcüstanda 50 qəpik, Ermənistanda isə 1 manatdır.

Azərbaycanda isə hökumət qısamüddətli strategiyalarla çörəyin qiymətini stabil saxlamağı bacarırdı. Məsələn, 2020-ci ildən buğda təchizatı ilə məşğul olan şirkətlərə subsidiyalar ayrılmağa başlandı, eyni zamanda, bu sahə 2024-cü ilə qədər ƏDV-dən azad olundu. Təkcə ƏDV-nin ləğvi çörəyin qiymətinin 18 faiz bahalaşmasının qarşısını alırdı. Lakin buna baxmayaraq ölkədə buğda istehsalının zəif inkşafı, xarici bazardan asılılığın yüksək olması qəbul edilən qərarların effektivliyini azaldır.

Azərbaycan buğda istehsal etsə də, daxili təlabatı tam ödəyə bilmir. Ölkədə istehsal olunan buğdanın keyfiyyəti aşağı olduğundan əsasən, mal-qaranın qida ehtiyaclarını qarşılmağa yönləndirilir. Daxili təlabatı ödəmək üçün isə Azərbaycana Rusiya, Qazaxıstan və Ukraynadan ərzaq buğdası idxal olunur. Dövlət Statisitika Komitəsinin məlumatına əsasən, 2021-ci ildə Azərbaycan xarici ölkələrdən 262,5 milyon dollar dəyərində, 1 milyon tondan artıq buğda idxal edib.

İqtisadçı ekspert Xalid Kərimli "AzPolitika.info"-ya şərhində bildirib ki, son vaxtlar qlobal bazarda dənli bitkilərin qiyməti sürətlə artmaqdadır: "Təkcə ötən ilin noyabr ayında dənli bitkilərin qiyməti 3,1 faiz artıb. Ümumilikdə isə ötən il dünya bazarında dənli bitkilərin qiymətində 23 faizdən artıq bahalaşma qeydə alınıb. Xüsusilə də, pandemiyadan sonra Rusiya və Qazaxıstan taxıl qıtlığı təhlükəsini nəzərə alaraq dənli bitkilərə ixrac vergisi tətbiq etməyə başladılar. Qeyd edək ki, pandemiya dövründə dünya əhalisinin buğda istehlakı da xeyli artıb. Ona görə də, əksər ölkələr indiki dövrdə taxıl anbarlarını doldurmağa çalışırlar. Eyni zamanda daşıma xərclərinin artması, iqlim problemləri, quraqlılqlar da bahalaşmanın əsəs səbəblərindəndir".

Ekspert qeyd edib ki, Azərbaycanda bu sahəyə hökumətin ciddi subsidiya dəstəyi var: "Hökumət bəlkə də, təkcə bu sahədə qiymət artımıyla ciddi mübarizə aparır. 2021-ci ildə may və sentyabr aylarında iki mexanizm irəli sürüldü və müəyyən subsidiyalar yaradıldı. Bu mexanizmə əsasən, taxılın topdan satış qiyməti 520 manat oldu və un istehsalçılarına 25 faiz marja müəyyənləşdirildi. Eyni zamanda hökumət 31 dekabr tarixinə qədər dayanıqlı mexanizm təklifi irəli sürməli idi. Lakin vaxt bitib və ortada heç bir təklif yoxdur".

X.Kərimli xatırladıb ki, əvvəlki illərdə un istehsalçılarına büdcədən subsidiya ayrıldığına görə, əhali qiymət artımını hiss etmirdi: "Hazırda kisə ilə satılan unun qiymətinin bahalaşması bazarın buna reaksiyasıdır. Əgər hökumət subsidiya dəstəyini davam etdirməsə, çörəyin qiyməti 30 faizə qədər bahalaşacaq. Və ya əksinə, subsidiya yardımları davam etdirilsə qiymət stabil olaraq qalacaq. Çörəyin qiymətinin artması, tamamilə hökumətin verəcəyi qərardan asılı olacaq". (AzPolitika.info)

Gundemxeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dünyada buğdanın qiymətinin artımının Azərbaycana təsiri-AÇIQLAMA

    Dünyada buğdanın qiymətinin artımının Azərbaycana ...

    4-01-2022, 14:53

  • 
  • Çörəyin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA

    Çörəyin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA ...

    25-02-2021, 17:24

  • 
  • Azərbaycanda bəzi ərzaq malları bahalaşıb

    Azərbaycanda bəzi ərzaq malları bahalaşıb ...

    14-10-2019, 11:34

  • 
  • Çörəyin qiyməti qalxacaqmı – Hökumət üçün həssas mövzu

    Çörəyin qiyməti qalxacaqmı – Hökumət üçün həssas ...

    16-05-2021, 10:34

  • 
  • Marketlərdə qiymət artımı başladı - Siyahı

    Marketlərdə qiymət artımı başladı - Siyahı ...

    15-02-2021, 17:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu