GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda çörəyin bahalaşmasının DAHA BİR SƏBƏBİ... - "Yerli istehsal qida üçün çox yararsızdır"

Azərbaycanda çörəyin bahalaşmasının DAHA BİR SƏBƏBİ... - "Yerli istehsal qida üçün çox yararsızdır"

Tarix: 5-01-2022, 11:41 Bölmə :Cəmiyyət Baxış: 345


Bir neçə gündür ki, çörəyin və unun qiymətinin qalxması müzakirə mövzusuna çevrilib. Bu barədə aidiyyatı qurumlardan açıqlama verilməməsinə baxmayaraq, reallıq göstərir ki, Bakı şəhərindəki xırda və ya iri supermarket şəbəkələrinin bir çoxunda unun və çörəyin qiymətində qarışıqlıq yaranıb. Gundemxeber.az xəbər verir ki, mövzu ilə bağlı Bizimyol.info-nun sullarını AY Partiya başqanının iqtisadi məsələlər üzrə müavini Mirzə Rəşad Bakuvi cavablandırıb və çörəyin qiymətinin niyə bahalaşdığı barədə ətraflı məlumat verib. O, açıqlaması zamanı bildirib ki, Azərbaycanın ərzaqlıq buğda tələbatını özünün təmin edə bilməməsi ciddi problemdir.

“Azərbaycan dünyada ən çox çörək tədarük edən ölkələrdəndir, belə ki, adambaşına il ərzində 127 kiloqrama yaxın çörək yeyirik. Əlbəttə, bu, kiçik rəqəm deyil və bu mənada israfçılıq halları da yox deyil. Ərzaqlıq buğda ölkənin qida təhlükəsizliyində ən strateji məhsul hesab olunur. Son illərdə baş verən devalvasiyalardan, artan inflyasiya və bahaçılıqdan sonra bir çox sahələrdə olduğu kimi, respublikamızda taxılçılıqla bağlı vəziyyətin də qənaətbəxş olmadığı ortaya çıxıb. Qeyri-neft sektorunu, xüsusilə kənd təsərrüfatını inkişaf etdirmək üçün guya bir çox islahatların aparıldığı barədə müsbət rəy yaradılmağa çalışılsa da, Azərbaycan buğdaya olan tələbatı yerli istehsal hesabına təmin edə bilmir. Dövlətin dəstək tədbirlərinin müqabilində, Azərbaycanın buğda təlabatının 50-55 faizinin idxal hesabına ödəndiyi bildirilsə də, bu rəqəmlər də inandırıcı deyil. Ən pisi isə odur ki, yerli istehsal qida üçün çox yararsızdır.

Dünya bazarlarında buğdanın bahalaşması tendensiyası bu məhsula olan tələbatın əhəmiyyətli bir hissəsini idxal hesabına ödəyən Azərbaycanın da qlobal proseslərin təsirləri ilə üzləşməsini qaçılmaz edir. 2021-ci ilin yanvar ayından oktyabra qədər buğdanın dünya bazar qiymətləri 250 dollardan 290 dollaradək artıb. Ötən ilin son ayı isə Rusiya buğdasının qiyməti daha da möhkəmlənərək, hər ton üçün 330-340 dollara çatıb.

Statistikanın dili ilə danışsaq, Azərbaycanın buğdaya olan illik tələbatı təxminən 3,2 milyon tondur. Deyilənlərə görə, ölkədə təxminən 2,9 milyon ton taxıl istehsal olunursa, onun da 1,9 milyon tonu buğdadır. İdxal isə 1,5 milyon tona yaxındır. Hətta bəzi mənbələrdə idxalın 1,7 milyon ton olduğu barədə məlumatlar da var. Rəsmi rəqəmlərə inansaq, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsi orta hesabla 54,9 faiz təşkil edir, bu isə tələbatın 40-45 faiz ödənməsi deməkdir. Azərbaycanın buğda idxal etdiyi əsas ölkələr isə Rusiya, Qazaxıstan və Ukraynadır”.

Mirzə Rəşad Bakuvinin sözlərinə görə, bu rəqəmlər bizi aldatmasın, çünki qidamızın əsasını təşkil edən ərzaq buğdasının keyfiyyətində ciddi problemlər var.

“Məsələ burasındadır ki, taxılla bağlı yaradılan Taxıl Fonduna yerli istehsal olan taxıldan bir kiloqram belə, alınmır. Çünki bizim istehsal etdiyimiz taxıl həmin Taxıl Fondunun standartlarına qətiyyyən uyğun gəlmir. Etiraf etməliyik ki, Azərbaycan əhalisi xarici ölkələrdən alınan taxılın hesabına yaşayır. Taxıl Fondunda toplanan taxıl isə, ancaq fövqəladə hallarda, qiymətlər kəskin artan vaxtlarda istifadə oluna bilər. Hazırda dünya bazarlarında ərzaqlıq taxılın, buğdanın, ondan alınan unun qiyməti kəskin artmaqdadır və bu mal qrupu üzrə idxaldan asılı olan ölkə kimi, son qiymət artımlarının Azərbaycana təsirsiz ötüşməyəcəyini bildirmişdik. Bu gün də çörəyin qiymətinin artması ilə bağlı həyəcanlı xəbərlər yayılır və belə görünür ki, hökumət bazara müdaxilə etmək barədə tələsmək istəmir və fonda toplanan taxılı bundan da ağır günlər üçün saxlamağı planlaşdırır.

Yuxarıda qeyd etdiyimiz kimi, taxılla bağlı ölkədaxili tələbatın müxtəlif mənbələrdə təxminən 50 faizinin idxaldan asılı vəziyyətdə olduğu qeyd olunsa da, biz hesab edirik bu, bu rəqəm 65-70 faiz aralığındadır. İdxal olunan buğda isə yalnız ərzaq məqsədi ilə istifadə olunur. Çünki yerli istehsal keyfiyyət baxımından ərzaq məqsədli istifadə standartlarından çox geri qalır. Bir faktı da nəzərə çatdıraq ki, Taxıl Fonduna toplanan ərzaqlıq buğda ehtiyatı ölkənin təxminən 4-5 aylıq ehtiyacını qarşılaya bilər. Bunun özü də vəziyyətin nə dərəcədə kritik olduğunu ehtimal etməyə əsas yaradır.

Ərzaqlıq taxıl qida təhlükəsizliyi ilə birbaşa bağlı olan bir məsələdir və bunun məsuliyyəti Kənd Təsərrüfatı Nazirliyinin üzərindədir. Bugünədək sözügedən sahəyə ayrılan milyonlarla manatlıq dövlət yatırımlarına, subsidiyalara baxmayaraq, aqrar sektorda keyfiyyətli buğda yetişdirmək nədənsə müşkülə çevrilib. Sizə elə gəlməsin ki, taxıl əkib becərmək, böyük məhsuldarlığa nail olmaq çox qəliz işdir, xeyir. Sadəcə, hökumət bu sahəyə strateji yanaşmır və daha çox idxalçı monopoliyaların qaz vurub qazan doldurması məqsədilə əhalinin məlum strateji məhsula olan tələbatını idxala bağlayıb. Ən ciddi səbəb isə odur ki, fermerlərin maddi-texniki təchizatı yetərincə deyil. Ona görə ki, belə bir strateji əhəmiyyət kəsb edən sahəyə kompleks yanaşma yox dərəcəsindədir. Taxıl əkimi, xüsusilə də ərzaqlıq buğda istehsalı isə başlı-başına buraxılası sahə deyil.

Ən təhlükəli məqamlardan biri də sırf bu strateji sahədə də, hökumətin səhihliyi şübhə doğuran saxta rəqəmlər üzərindən manipulyasiya hallarına yol verməsidir. Bizim ərzaq buğdasına olan ehtiyacımız 1 milyon 450 min ton olduğu halda, son illər ölkəyə 1 milyon 700 min ton taxıl idxal olunub ki, bunun da 1 milyon 500 min tonu buğdadır. Azərbaycanın özünün isə, guya 55-65 faiz ərzaq buğdası istehsal etdiyi fikri tamamilə cəfəngiyyatdır. Ölkədə heç 1 milyon ton normal buğda istehsal olunmur. İstehsal olunan buğdanın da keyfiyyəti aşağı olduğu üçün, yalnız yem kimi mal-qaraya yedizdirilir.

Son illər müşahidə etdiyimiz ən təhlükəli tendensiyalardan biri də kəndlərdə mövcud olan çoxlu sayda dəyirmanların böyük əksəriyyətinin fəaliyyətinin dayandırılmasıdır. Yəni taxıl, buğda işilə məşğul olan kiçik və orta sahibkarlar sıradan çıxarılmaqdadır. Təbii ki, bunu məqsədyönlü şəkildə edirlər ki, rayonlarda, şəhərlərdə olan böyük dəyirmanlar konkret monopolistin əlində təmərküzləşsin. Təsəvvür edin ki, 2015-ci ildən bu günə qədər bu sahənin monopoliyaya alınması sayəsində minlərlə kiçik və orta miqyaslı dəyirmanlar sıradan çıxarılıb. Halbuki həmin kiçik dəyirmanlarda fermerlər özlərinin əkin sahələrindən yığdıqları buğdanı üyüdürdülər, bir hissəsini çörəkbuşirmədə özləri istifadə edirdilər, yerdə qalan hissəsini isə bazara çıxarıb satırdılar. Beləcə, ölkə daxilində istehsal olunan keyfiyyəti qismən yaxşı olan buğdanın bir hissəsi istehlaka gedirdi. Belədə, fermer əlavə stimul qazanırdı ki, istehsalı artırsın, daha keyfiyyətli buğda əldə etsin. Fəqət bunun da qarşısı alındı.

Bir başqa narahatedici məqam odur ki, hətta idxal edilən buğdanın ərzaq buğdası standartına uyğun olub-olmaması suallar yaradır. Məsələn, hökumətin yaydığı rəsmi məlumatlarda bildirilir ki, taxıl əsasən Qazaxıstan, Rusiya və Ukraynadan gətirilir. Əvvəlcə baxmaq lazımdır, sözügedən ölkələrdə ərzaq buğdası istehsalı hansı səviyyələrdədir. Dəqiq informasiyalar var ki, son illər həmin ölkələr, hətta özlərinin ərzaq buğdasına olan ehtiyacını ödəməkdə çətinliklərlə üzləşirlər. Belə olan halda, kim zəmanət verə bilər ki, bizim kimi ölkələrə standartlara uyğun olan ərzaqlıq buğda satılır? Təsəvvür edin, azad bazara xas olmayan müxtəlif təzyiq vasitələrilə yerli fermerlərin istehsal etdiyi buğda bazara çıxarılmır, onun qarşısını bir şəkildə alırlar. Buğdaya böyük tələbatın olduğu bazarda boşluğu doldurmaq üçün isə, məcburiyyət qarşısında qalıb başqa ölkələrdən yararsız buğda tədarük edilir və istehlak olunur. Monopoliyada olduğundan, bu idxal buğdasını da xeyli ucuz alıb gətirirlər. Ümumiyyətlə, Azərbaycanda unüyütmə, çörəkbişirmə monopoliyaya alındığı üçün, son illərə qədər taxılın gətirilməsi ucuz başa gəlsə də, istehlak bazarına baha təklif edilirdi.

İndi maraqlı bir sual yaranır: torpaq resursları kifayət qədər böyük olan Azərbaycanda taxıl əkini sahələrini genişləndirməklə buğda istehsalının həcmini artırmaq niyə mümkün olmur? Məsələ burasındadır ki, bu sahəyə dövlətin xüsusi dəstək tədbirləri, o cümlədən subsidiyaların verilməsinə, meliorasiya və kultivasiya proqramlarına milyonlarla vəsaitin xərclənməsinə baxmayaraq, hələ də taxıl əkini üçün torpaqların münbitliyinə nail ola bilməməyimiz ciddi sıxıntıdır. Məhz bu səbəbdən ölkə özünü taxılla tam təmin edə bilmir”.

Ekspertin sözlərinə görə, taxıl bazarı azad və liberal qaydalar əsasında tənzimlənməsə, xüsusilə qlobal böhranın davam etdiyi və ölkələrin hələ də qapanma risklərinin qaldığı indiki şəraitdə, bu sahədə çox ciddi böhranın yaşanacağını proqnozlaşdırmaq olar.

“Qaldı ki, yerli bazarda qiymətlərin müəyyənləşməsinə, ümumiyyətlə, daxili bazar qiymətlərinə dövlət tərəfindən əlavə müdaxilənin edilməsi azad bazar iqtisadiyyatı şəraitində doğru yanaşma hesab olunmasa da, hökumət liberal qiymətlərin formalaşması üçün müəyyən tənzimləmələr apara bilər. Məsələn, azad bazarı dəstəkləməklə rəqabətli mühitə nail olmaq və inhisarçılığın kökünün kəsilməsilə bağlı ciddi təbirlər həyata keçirmək mümkündür. Dövlət bu sahədə sabitlik yaratmaq üçün daha nə edə bilər?Məsələn, regionlarda fermerlər arasında taxıl, ərzaqlıq buğda əkiminin təşviqini genişləndirməlidir, yerlərdə bu sahənin strateji əhəmiyyəti barədə maarifləndirmə işini gücləndirməlidir, fermerlərin maddi-texniki təchizatını yaxşılaşdırmalıdır, müəyyən güzəştli kredit xətləri açmaqla onların pula əlçatanlığını təmin etməlidir, mövcud boş torpaq resursları əkinə yararlı vəziyyətə gətirilməlidir. Çünki Azərbaycanda əhalinin ərzaqlıq buğdaya olan tələbatını tam şəkildə ödəmək üçün kifayət qədər torpaq ehtiyatı var.

Qeyd edək ki, Azərbaycanın işğadan azad edilmiş əraziləri də kənd təsərrüfatı təyinatlı münbit torpaqlara malikdir. Ermənistan vaxtilə qanunsuz olaraq həmin torpaqlarımızdan il ərzində təxminən 190 min tonadək taxıl toplayıb. Proqnozlara görə, hazırda hökumət tərəfindən həmin torpaqlarda kənd təsərrüfatı sahələrinin inkişafını stimullaşdıran siyasətin yürüdülməsi və təmin edilən dəstək tədbirləri, yaradılan əlverişli şərait yaxın illərdə kənd təsərrüfatında real artımın 9 faizi, o cümlədən ölkə üzrə buğda istehsalının 10-12 faizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əldə ediləcək. Ancaq bu, uzaq perspektiv üçün proqnozlaşdırılan rəqəmlərdir. Əhaliyə isə keyfiyyətli ucuz çörək indi lazımdır və hökumət bu yöndə ciddi düşünməlidir”. 


Gundemxeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dünyada buğdanın qiymətinin artımının Azərbaycana təsiri-AÇIQLAMA

    Dünyada buğdanın qiymətinin artımının Azərbaycana ...

    4-01-2022, 14:53

  • 
  • Devalvasiyadan bütov çıxmayan çörəyi virus da tikələdi: - Qiymət dəyişməsə də, çəki azalıb: BƏS NƏZARƏT?

    Devalvasiyadan bütov çıxmayan çörəyi virus da ...

    20-01-2021, 15:33

  • 
  • Çörəyin qiyməti qalxacaqmı – Hökumət üçün həssas mövzu

    Çörəyin qiyməti qalxacaqmı – Hökumət üçün həssas ...

    16-05-2021, 10:34

  • 
  • Çörəyin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA

    Çörəyin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA ...

    25-02-2021, 17:24

  • 
  • Çörək bahalaşacaq? - Açıqlama

    Çörək bahalaşacaq? - Açıqlama ...

    4-12-2013, 17:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu