GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qlobal bahalaşmaya dair hökumətin önləyici planları – açıqlama

Qlobal bahalaşmaya dair hökumətin önləyici planları – açıqlama

Tarix: 7-01-2022, 12:46 Bölmə :Cəmiyyət Baxış: 409

Dövlət Xidməti un və çörək bazarında nəzarəti gücləndirib; Pərviz Heydərov: “Bu il daha bir sosial paketin həyata keçirilməsinə ehtiyac yaranacaq”

2022-ci ilin ilk günləri Azərbaycanda əhalinin qida rasionunda mühüm yeri olan un və çörəyin qiymətində bahalaşma ilə yadda qaldı. Bölgələrdən aldığımız məlumata görə, “Karmen” ununun bir kisəsinin qiyməti 26 manatdan 36 manata, “Faduoğlu” ununun kisəsi 28 manatdan 38 manata, “Sünbül” ununun kisəsi isə 29 manatdan 39 manata qalxıb. Eyni zamanda bölgələrdə çörəyin satış qiymətində də 10-15 qəpiyə yaxın bahalaşma müşahidə olunmaqdadır.

Paytaxt Bakıda hələlik çörəyin qiymətində artım az yerlərdə qeydə alınır. İctimaiyyət arasında yaranmış gərginliyi nəzərə alan adları açıqlanmayan iri un istehsalçıları açıqlama yayaraq un və çörəyin qiymətindəki bahalaşmanın qlobal bazardakı analoji prosesin nəticəsi olduğunu bildiriblər: “2021-ci ilin dekabr ayında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7 faiz, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1 faiz yüksək olub. Bununla belə, qlobal qiymət artımlarının Azərbaycan bazarına neqativ təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilib. Belə ki, ölkədə ərzaqlıq buğda ehtiyatlarının lazımı səviyyəyə çatdırılması məqsədillə 2020-ci ildən başlayaraq tədarükçülərə subsidiyalı kreditlər ayrılır. Əlavə olaraq, 2021-ci ilin fevral ayından başlayaraq un istehsalçılarına subsidiyalar ödənilib, ərzaqlıq buğdanın idxalı və satışı, həmçinin unun və çörəyin satışı ƏDV-dən azad olunub. Biz sahibkarlara göstərilən dəstək tədbirlərinin nəticəsidir ki, qlobal qiymət dəyişiklikləri Azərbaycan bazarına ciddi təsir etməyib, 50 kq-lıq bir kisə unun topdan satış qiymətini 26 manat səviyyəsində saxlamağa imkan verib”.

Açıqlamadan belə məlum olur ki, mövcud subsidiya mexanizminin müddəti 2021-ci ilin dekabr ayının sonunda bitib. Buna görə də un istehsalçıları qiymətləri qaldırmaqla vəziyyətdən çıxmağa çalışırlar. Bu zaman onların hesablamalarına görə, 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması “ehtimal olunur”.

Qeyd edək ki, qlobal bazarda yalnız buğdanın deyil, ümumiyyətlə, bütün ərzaq məhsullarının qiymətində kəskin bahalaşmanın olması sirr deyil. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı olan FAO-nun hesablamalarına görə, 2021-ci il ərzində qlobal ərzaq qiymətləri rekord səviyyədə yüksəlib. Qlobal idxalın həcmi isə 1,75 trilyon dolları keçməklə ən yüksək səviyyəyə çatıb.

Dünyada ərzaq bahalaşması daxili inflyasiyaya artırıcı təsir edir - RƏSMİ

Beynəlxalq mərkəzlər bahalaşma prosesinin 2022-ci ildə də davam edəcəyini gözləyirlər. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) məlumatına əsasən, buna Çinin qlobal bazardan əsas ərzaq məhsullarını öz anbarlarına daşıması səbəb olacaq. Qurum bildirir ki, Çinin 2022-ci il məhsul ilinin birinci yarısında dünya qarğıdalı ehtiyatlarının 69 faizinə, düyü ehtiyatlarının 60 faizinə və dünya buğda ehtiyatlarının 51 faizinə sahib olacağı gözlənilir: “Bu o deməkdir ki, dünya əhalisinin 20 faizindən az hissəsi qarğıdalı və digər dənlilərin yarıdan çoxunu saxlamağa müvəffəq olub və bu, bütün dünyada qiymətlərin kəskin artmasına və ola bilsin ki, daha çox ölkədə aclığa səbəb ola bilər”.

Qeyd edək ki, Azərbaycanda yeni ilin ilk günlərindən bahalaşan tək un və çörək deyil: yağların, çayın və digər bir sıra məhsulların qiymətində də ciddi artım müşahidə olunmaqdadır. Azərbaycan hökumətindən hələlik yalnız un və çörəyin bahalaşması prosesi ilə bağlı hərəkətlilik müşahidə olunur. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədə unun və çörəyin qiymətlərinə nəzarəti gücləndirdiyini bildirir. Xidmətdən “Yeni Müsavat”a verilən məlumatda qeyd olunur ki, bu ildən daxili bazarda sahibkarlıq subyektləri idxal edilən ərzaqlıq taxıldan istehsal olunan unun qiymətini dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırıb: “Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur. Bununla əlaqədar nəzarət tədbirləri daha da gücləndirilib. Bu istiqamətdə preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edilib”.

Dövlət Xidməti bəyan edir ki, un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinq aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər görülür: “Monitorinq zamanı qanunvericiliyinin pozulması halları aşkar olduğu təqdirdə ciddi tədbirlər görüləcək”.

Hökumət hələ ötən ilin sonlarında 2022-ci ildə əsas çağırışın məhz inflyasiya ilə bağlı olacağını açıqlamışdı. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirmişdi ki, bu il hökumət  bahalaşmanın əhalinin sosial-iqtisadi təsirini, eyni zamanda ölkənin idxaldan asılılığını azaltmaq üçün tədbirlər görəcək: “Gələcəkdə qiymət artımlarının təsirinin minimallaşdırılmasının yeganə yolu ölkə daxilində ərzaq məhsullarının istehsalının tam dənyər zəncirini formalaşdırmaq, 100 faizlik lokalizasiyaya nail olmaqdır”.

Nazirin sözlərinə görə, idxal komponentlərindən asılı olan məhsullar üzrə idxalı əvəz edəcək istehsal sahələrinin yaradılması üçün əlverişli imkanlar mövcuddur: “Bu istiqamətdə kiçik və orta biznesin inkişafına dövlət dəstəyi mexanizminin səmərəsinin artırılması bu cür sahibkarlıq subyektlərinin, xüsusilə gənc sahibkarların məşğulluqda iştirak payının daha da yüksəldilməsinə gətirəcək. Hökumətin qarşıdakı dövrdə də əsas hədəflərindən biri yüksək əlavə dəyər yaradan emal sənayesınin sürətli inkişafıdır. Regionların spesifikası nəzərə alınmaqla, məhsul istehsalı və emalı üzrə ixtisaslaşmanın dərinləşdirilməsi hədəflənib. Regionlarda işləməyən və ya zərərlə işləyən istehsal müəssisələrinin yenidən qurulması, sağlamlaşdırılması və özəlləşdirilməsinin sürətləndirilməsi nəzərdə tutulur. Bütövlükdə, yüksək əlavə dəyər yaradan məhsul istehsalı və xidmət sahələrinin inkişaf etdirilməsi üçün investisiya təşviqi mexanizmlərindən geniş istifadə ediləcək”.

M.Cabbarov sahibkarlara müraciət etdi - VİDEO

M.Cabbarov vurğulayıb ki, Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və təbii olaraq, dünya bazarlarında müşahidə olunan proseslərin təsirlərini hiss edir: “Son illərdə dünyada istisnasız olaraq bütün ərzaq məhsullarının qiymətlərində kəskin artımlar qeydə alınır. Bunun üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkılatının qlobal əmtəə, o cümlədən ərzaq qiymətlərinin qalxması ilə bağlı yaydığı məlumatlara diqqət yetirmək kifayətdir. Müşahidə olunan qiymət artımları son 30 ilin ən yüksək göstəricisidir.

Qiymətlərin artımına səbəb olacaq bir çox proseslər mövcuddur və bu proseslənrin dinamikası, təəssüf ki, getdikcə daha da artır. Ölkəmizin daxili bazarında qiynmət artımlarının əsas səbəblərindən biri məhz idxal olunan məhsulların idxal bazarlarında qiymətinin artnmasıdır. Əsas idxal bazarları olan bir sıra ölkələrin öz daxili bazarınnda qiymət sabitliyini təmin etmək, eyni zamanda ərzaq ehtiyatlarını yaratmaq istiqamətində reallaşndırdıqları intervensiyalar da bu prosesə əlavə yük yaradır. Son bir ildə baş verən bu artımlar daxili bazarda idxal olunan bütün məhsulların satış qiymətlərində özünü göstərir. Eyni zamanda idxal olunan xammal komponentlərinin qiymət artımı səbəbindən daxildə istehsal olunan yerli məhsulların da satış qiymətləri yüksəlməyə başlanyıb. Təəssüf ki, bizim də bu sahədə idxaldan asılı komponentlərimiz mövcuddur. Bir çox məhsulların daxili dəyər zənciri hələlik tam şəkildə formalaşmayıb. Məhsulun maya dəyərini formalaşdıran bir sıra xərclərin - daşınma, enerji, xammal və s. artması da nəzərə alınmalıdır”.

Nazir bildirib ki, Azərbaycan hökuməti qiymət artımlarının təsirlərini minimuma endirmək üçün bütün müvafiq addımları atır və 2022-ci ilin dövlət büdcəsi əhalinin gəlirlərinin artırılması komponentini nəzərə almaqla formalaşdırılıb: “Hesab edirik ki, bu, qiymət artımlarını qarşılamaq üçün müəyyən dəstək olacaq”.

Buğdanın qiymətinin artması daxili bazara necə təsir edəcək? | Report.az

Pərviz Heydərov

İqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a dediyinə görə, ötən il ərzində qlobal səviyyədə başlanan bahalaşma prosesinin bu il də davam etməsi gözlənilən idi: “Proqnozlar belə idi ki, yanvardan bu proses daha da sürətlənəcək. Bahalaşmanın 2022-ci ilin birinci yarısından sonra sabitləşməyə doğru gedəcəyi gözlənilir. Azərbaycanda un və çörəyin qiymətindəki bahalaşmanın əsas səbəbi buğdanın 98 faizdən çoxunu aldığımız Rusiyada bu məhsulun ixracına əlavə vergilərin müəyyənləşdirilməsidir. Bu vergilər buğdanın qiyməti artdıqca daha da artır və beləliklə, növbəti həftə üçün daha baha qiymət bazasını formalaşdırır. Biz hələ indiki vəziyyət yaranmazdan əvvəl buğda bazarındakı tənzimləmə mexanizmlərinə baxılmalıydı. Uzun illər boyu ölkədə buğda təminatında idxaldan asılılığın azaldılması prioritet olub. Amma hələ də yerli istehsal daxili tələbatın cəmi 58 faizini təmin edə bilir. Bu o deməkdir ki, biz taxılçılıq sahəsində lazımi nəticə əldə edə bilməmişik”.

Ekspertin fikrincə, idxalın vergilərdən azad olunması sahibkarları buğdanı ölkədə istehsal etməyə deyil, kənardan alıb gətirməyə stimullaşdırır: “Buna görə də dövlət buğda idxalının ƏDV-dən azad olunmasını dayandırmalıdır. Düzdür, ilkin mərhələdə bu, ağrılı proses olacaq: un və çörəyin qiyməti qalxacaq. Lakin orta və uzunmüddətli dövrdə daxili tələbat sahibkarları Azərbaycanda buğda istehsalını artırmağa stimullaşdıracaq və idxaldan asılılıq minimuma enəcək. Beləliklə, bazar liberallaşacaq, azad iqtisadi münasibətlər formalaşacaq və özü-özünü tənzimləyəcək”.

P.Heydərov qeyd edir ki, qlobal səviyyədə, həm də Azərbaycanda bahalaşmanın yaxın 6 ay ərzində davam etməsi gözləniləndir: “Bu o deməkdir ki, yanvar ayından tətbiqinə başlanan sosial paket çərçivəsində əhalinin aztəminatlı təbəqəsinin artan gəlirləri bahalaşma nəticəsində əlindən çıxacaq. Bu baxımdan, düşünürəm ki, hökumət ilin ikinci yarısı üçün növbəti sosial paketin tətbiqinə başlamalıdir. Əhalinin inflyasiya nəticəsində yaranan əlavə xərclərinin bir hissəsini dövlət öz üzərinə götürməlidir ki, bahalaşmanın mənfi təsirini minimuma endirə bilsin”.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çörəyin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA

    Çörəyin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA ...

    25-02-2021, 17:24

  • 
  • Marketlərdə qiymət artımı başladı - Siyahı

    Marketlərdə qiymət artımı başladı - Siyahı ...

    15-02-2021, 17:27

  • 
  • Çörək bahalaşacaq? - Açıqlama

    Çörək bahalaşacaq? - Açıqlama ...

    4-12-2013, 17:04

  • 
  • Devalvasiyadan bütov çıxmayan çörəyi virus da tikələdi: - Qiymət dəyişməsə də, çəki azalıb: BƏS NƏZARƏT?

    Devalvasiyadan bütov çıxmayan çörəyi virus da ...

    20-01-2021, 15:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu