Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 674 yeni yoluxma faktı qeydə alınıb 509 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 623 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 607 397 nəfər müalicə olunaraq sağalıb, 8 490 nəfər vəfat edib, aktiv xəstə sayı 7 668 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 386, ötən müddət ərzində isə ümumilikdə 5 978 735 test aparılıb.
Gundemxeber.Az
Sorğu
Yeni dizaynımız necədir?