Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda qan azlığından əziyyət çəkən uşaqların sayı açıqlanıb
Azərbaycanda qan azlığından əziyyət çəkən uşaqların sayı açıqlanıb.
Bu barədə Səhiyyə Nazirliyinin Ana və uşaq sektorunun məsləhətçisi Aynurə Zeynalova məlumat verib.
O, ölkədə ötən il üçün ilk dəfə anemiyadan əziyyət çəkən 0-13 yaş arasında 21 986 nəfərin dispanser qeydiyyatına alındığını bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, bu göstərici 2020-ci illə müqayisədə artıqdır: “Həmin ildə qeydiyyata alınanların sayı 20 mindən az olub”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə dünya əhalisinin 30 %-i, məktəbəqədər uşaqların isə 40 %-i anemiyadan əziyyət çəkir.
Gundemxeber.az
24-06-2013, 00:42
12-11-2013, 11:39
9-07-2017, 11:06
29-08-2018, 15:04
11-12-2017, 15:01
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?