GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İrandan Azərbaycana 22 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 22 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

Tarix: 21-01-2022, 11:02 Bölmə :Cəmiyyət Baxış: 234

Son günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 22 kiloqram 496 qram narkotik vasitənin və 1090 ədəd psixotrop maddənin döv­lət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısı alınıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Belə ki, yanvar ayının 6-da saat 00:25 radələrində Xidmətin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Karxulu kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan istiqamətində döv­lət sərhədinin pozulması cəhdinin qarşısı sərhəd naryadı tərəfindən alınıb.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq qaçmağa çalışarkən saxlanılıblar.

Onların İran vətəndaşları - 1995-ci il təvəllüdlü Zeynallı Yasir Əziz və 1982-ci il təvəllüdlü Aşiqi Çapar İsmayıl olmaları müəyyənləşdirilib.

Hadisə yerinə baxış zamanı 2 ədəd bağlamanın içində ümumi çəkisi 10 kiloqram 767 qram narkotik vasitə və 500 ədəd metadon-40 psixotrop həb aşkar olunaraq götürülüb.

Yanvar ayının 9-da saat 21:40 radələrində DSX-nin Sərhəd Qoşun­larının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin İran tərəfindən Astara çayının sahilinə yaxınlaşaraq 1 ədəd bağlamanı Azərbaycan istiqamətində sahilə doğru ataraq uzaqlaşmaları sərhəd naryadı tərəfindən müşahidə olunub.

Ərazi dərhal qapadılaraq keçi­ril­miş axtarış təd­birləri nəticəsində 1 ədəd bağlamanın içərisində 1 kiloqram 590 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Yanvar ayının 17-də saat 23:35 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edib, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb.

Onun Kürdəmir rayon sakini, 1990-cı il təvəllüdlü Cəfərov Azər Mübariz oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində 10 kiloqram 139 qram narkotik vasitəvə 590 ədəd “metadon-40” psixotrop həb aşkar olunaraq götü­rülüb.

Narkotik vasitələrin sifarişçilərinin müəyyənləşdirilməsi məqsədilə keçirilən əmə­liyyat-axtarış tədbirləri nəticəsində Şərur rayonunun Arbatan kənd sakini, 1990-cı il təvəllüdlü İsmayılov Ruhin Vilayət oğlu saxlanılaraq istintaqa cəlb edilib.

Araşdırma zamanı saxlanılan şəxslər narkotik vasitə aludəçisi olmalarını bildir­iblər.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycana 24 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

    Azərbaycana 24 kq-dan artıq narkotikin ...

    28-07-2020, 11:21

  • 
  • Silahların və 30 kq narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb

    Silahların və 30 kq narkotik vasitənin ...

    11-03-2021, 11:33

  • 
  • DSX, DİN və DTX əməliyyat keçirdi, saxlanılan var

    DSX, DİN və DTX əməliyyat keçirdi, saxlanılan var ...

    21-05-2021, 12:32

  • 
  • Azərbaycan-İran sərhədində yenə atışma oldu: - bir nəfər öldürüldü

    Azərbaycan-İran sərhədində yenə atışma oldu: - ...

    12-03-2019, 12:16

  • 
  • Sərhədçilər İrandan Azərbaycana narkotik keçirmək istəyən 3 nəfəri saxladı

    Sərhədçilər İrandan Azərbaycana narkotik keçirmək ...

    11-10-2018, 15:58


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu