“Çermet” körpüsü kimi tanınan ərazidə BMW markalı avtomobilin sürücüsü yolun buz bağlamasına görə idarəetməni itirib. Avtomobil yolayrıcı betona çırpılıb. Daha sonra “Opel”, “Toyota”, “Daewoo” və “Hyundai” markalı avtomobillər ard arda bir birinə çırpılıb.
Hazırda sürücülər “Çermet” körpüsü kimi tanınan ərazidə yolun buz bağlamasını nəzərə alıb eyni istiqamətdə hərəkətdə olan avtomobil sürücülərinə xəbərdarlıq edirlər.
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib . Polis əməkdaşları körpünün hər iki istiqamətində dayanaraq avtomobil sürücülərinə sürəti azaltmağı tövsiyə edirlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?