GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Anadan hərbiçi doğulan şəhid kapitanımız-ANIM

Anadan hərbiçi doğulan şəhid kapitanımız-ANIM

Tarix: 27-01-2022, 10:24 Bölmə :Cəmiyyət Baxış: 319

Bayraqları bayraq yapan üstündəki qandır,

        

Torpaq uğrunda ölən varsa Vətəndir!


 Torpağı vətən edən ər oğullarımız... Bu xalq, bu vətən, dünya durduqca yaşayacaq, yaşatmalıyıq da. Adına Can Azərbaycan dediyimiz VƏTƏNimizin bugünkü varlığına görə heç vaxt qarşılığını verə bilməyəcəyimiz bir borcumuz var, bu yolda döyüşən, əbədiyyətə qovuşan igidlərimizə. Vətən millətin evi, millət də vətənin ailəsidir. Vətəni sevmək təkcə torpağını sevmək demək deyil, həm də Vətənin hər bir sərvətinin qədrini bilmək, göz bəbəyi kimi qorumaq deməkdir. Müqəddəs kitabımızda deyildiyi kimi: Vətəni sevmək imandandır!

Xalq olaraq daha bir şanlı tarix yaşadıq-2020-ci ilin 27 sentyabrı xalqımızın, XXI əsr hərb salnaməmizin, böyük tarixi keçmişə malik olan müasir Azərbaycanımızın ən şanlı, ən parlaq zəfər səhifəsinin başlanğıcı oldu. 28 il həsrəti ilə yaşadığımız Şuşaya qovuşmaqla, işğalda inildəyən torpaqlarımızın azad olunması ilə sonuclandı 44 günlük savaşımız. Millət olaraq bir olduq, Ali Baş Komandanın ətrafında Dəmir Yumruğa çevrildik, müzəffər əsgər olduq... Haqq yolunda olduq, haqq qalib oldu!

Bu yolda öndə olanlar onlar oldu... Vətən torpağının hər zərrəsi üçün canından keçməyə hazır olanlar, qorxudan uzaq, vətəni ana bilib, ölümün gözünə dik baxan QƏHRƏMAN ƏSGƏRLƏRİMİZ! ONLAR QAZİ OLDULAR, ŞƏHİD OLDULAR, ANA VƏTƏN DÜŞMƏN ƏSİRLİYİNDƏN QURTULDU!

Şəhid kapitan Əliyev Fizuli Vidadi oğlu da ürəyi vətən sevgisi ilə döyünüb, vətən sevgisi ilə də dayanan vətən oğullarından idi. Torpağı vətən edən ər oğullarımızdan biri... Bu gün 37 yaşını tamamlayacaqdı... Fizuli Əliyev 27 yanvar 1985-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Hələ uşaqlıq illərindən hərb sənətinə xüsusi marağı ilə diqqət çəkərmiş. Ana bildiyi vətənin erməni girovluğunda inləməsi daimi narahatçılığının yeganə səbəbi olub. Hərbiçi olub, düşmənə layiqli yerini göstərib, torpağı işğalçıdan təmizləmək yeganə və ən ümdə arzusu idi. Elə bu arzu, bu amalla da orta təhsilini səkkizinci sinfə qədər alan Fizuli daha sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olur. 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir və ali hərbi təhsilini bitirdikdən sonra leytenant rütbəsi ilə hərbi fəaliyyətiə başlayır. Təhsil aldığı dönəmdə də, xidməti illərində də əsl hərbiçilərə məxsus özəlliklləri ilə diqqət çəkib, hörmət, nüfuz sahibi olub. Nümunə sayılıb, örnək göstərilib. Hətta ANADAN HƏRBİÇİ DOĞULAN kimi də dəyərləndirilib.

 Uzun müddət Murov dağında xidmət edib. "N" saylı hərbi hissənin "Həmlə" Taborunun Qərargah rəisi olaraq xidmətini davam etdirmişdir. Nəhayət, ordumuzun kapitanı Fizuli Əliyevin illərlə arzuladığı zaman yetişir... İllərlə ürəyi Qarabağa, əbədi-əzəli torpaqlarımıza qovuşmaq eşqi ilə “alışıb-yanan”, itirilmiş torpaqlarımızı düşmən tapdağından azad etmək arzusu ilə yaşayan yenilməz Ordumuz 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatına qərar verdi və bununla da Vətən müharibəsi başladı.Və bu müqəddəs savaşda Fizuli Əliyev də iştirakçı oldu. Tanrı ona bu fürsəti tanıdı... “Fiqo” ləqəbli vətən oğlu Talış kəndindən sonra Suqovuşanın azadlığı uğrunda gedən qızğın döyüşlərdə vuruşur. Müstəsna rolu ilə seçilir, Suqovuşanın azadlığında özünü təsdiq edir. Bu gün də cəbhə yoldaşları- zabit-əsgər heyəti “Fiqo”nun cəsarətindən, hərbiçi taktikasından, müxtəlif epizodlardakı cəsarətindən, vətən sevgisindən danışır... Qəhrəmanımız 8 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalır.

Şəhid kapitanımız II Şəhidlər Xiyabanında dəfn olunub. Xidmətləri yüksək qiymətləndirilib: Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən kapitan Fizuli Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Bundan əlavə döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli digər Sərəncamı ilə Fizuli Əliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən isə Fizuli Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Sözsüz ki, şəhid kapitanımızın ən böyük təltifi işğaldan azad olunan torpağımız, kəndlərimiz, şəhərlərimiz oldu... On milyon Azərbaycan insanının sevgisi, sayqısı oldu.

Rahat uyu, mənim qəhrəman zabitim, şəhid qardaşım. Uğurunda can verdiyin, ana bildiyin torpaq düşmən tapdağından azad olundu. Sən həmişə varsan, var olaraq da qalacaqsan... Bu xalq, bu ölkə, bu dünya durduqca var olacaqsan. Şəhidlər ölməz, yeni yaşın kutlu olsun, VƏTƏN OĞULU!

İlqar Salmanov


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • KXCP Sədri Mirmahmud Mirəlioğlunun  Bakının işğaldan azad olunmasının 100 illiyi  münasibəti ilə TƏBRİKİ

    KXCP Sədri Mirmahmud Mirəlioğlunun Bakının ...

    17-09-2018, 19:06

  • 
  • Şuşaya sancılan bayraq Vətən müharibəsinin Zəfər Bayrağı elan olunub

    Şuşaya sancılan bayraq Vətən müharibəsinin Zəfər ...

    10-12-2020, 17:00

  • 
  • “Vətən mənim qürur mənbəyimdir”

    “Vətən mənim qürur mənbəyimdir” ...

    17-05-2017, 15:54

  • 
  • Vətən müharibəsi şəhidinin qızı Şuşaya şəxsiyyət vəsiqəsi verildi

    Vətən müharibəsi şəhidinin qızı Şuşaya şəxsiyyət ...

    28-01-2021, 12:06

  • 
  • Bu gün Vətən müharibəsinin 40-cı günüdür!

    Bu gün Vətən müharibəsinin 40-cı günüdür! ...

    5-11-2020, 13:12


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu