Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini S.Əliyevin idarə etdiyi “VAZ-2109” markalı avtomobil nəzarət qaydasına uyğun olaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib.Müayinənin nəticəsinə əsasən onun narkotik vasitə olan heroin qəbul etdiyi məlum olub. S.Əliyev barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?