GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Rüşvət almasa sərəncam vermirdi.." - İcra hakimiyyətinin şöbə müdirləri Vilyam Hacıyevi ifşa edir

"Rüşvət almasa sərəncam vermirdi.." - İcra hakimiyyətinin şöbə müdirləri Vilyam Hacıyevi ifşa edir

Tarix: 7-02-2022, 13:59 Bölmə :Cəmiyyət Baxış: 217


Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə şahidlər dindirilib. Əvvəlcə şahid qismində İmişli rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri (hazırda bu vəzifədə işləyir,-red.) Rahim Zahidov dindirilib. O, ifadəsində Vllyam Hacıyevi İmişlidə icra başçısı işlədiyi dövrdə tanıdığını, onun verdiyi tapşırıqları yerinə yetirdiyini, torpaq sahələrinin, mənzillərin vətəndaşlara verilməsinə keçmiş başçının özünün nəzarət etdiyini deyib.

“Bizə nə tapşırıq verirdisə, onu yerinə yetirirdik. Hüquq şöbəsinin müdiri olaraq sənədləri hazırlayır, müqavilələri təsdiq edirdim. Torpaq, mənzil, tikintiyə icazə almaq, torpaq təyinatını dəyişdirmək istəyən vətəndaşları mühasibatlığa yönləndirirdim. Qanunsuzluqlar olurdu. Belə ki, mənzil növbəsində kifayət qədər adam vardı. Növbədə olanlar qalır, növbədənkənar adamlara mənzillər verilirdi”- şahid ifadəsində bildirib.

Hüquq şöbəsinin müdiri deyib ki, onun qanunsuz əməllərlə bağlı icra başçısına irad tutmaq səlahiyyəti olmayıb, çünki bilirdi ki, belə irad tutsa Vilyam Hacıyev onu dərhal işdən azad edər.

“Torpaq sahələri, mənzillərin alınması üçün vətəndaşlar pul verirdilər. Pul otaqların sayına görə alınırdı. Məsələn, 2 otaqlı mənzil üçün 10 min, 3 otaqlı üçün 18 min pul verilirdi. Torpaq sahəsinin verilməsi ilə əlaqədar vətəndaşlar icra başçısının otağında onunla görüşürdülər, sonra baş mühasibin yanına göndərilirdilər, vəsait alındıqdan sonra mən də sənədləşmə işlərini aparırdım. İş prinsipi belə idi. Nəyəsə etiraz edəndə deyirdi ki, rəhbər mənəm. Hər şey Vilyam müəllimin tapşırığı əsasında olurdu. İşimizi itirməmək xatirinə rayon rəhbəri nə desə onu da edirdik”,-şöbə müdiri bildirib.

Bu vaxt V.Hacıyevin müdafiəçiləri məhkəmədə vəsatət qaldıraraq şahidin məsuliyyətə cəlb olunmasını istəyiblər. Bildiriblər ki, onun dedikləri doğrudursa deməli bu adam özü də rüşvət yığılmasında və digər qanunsuz əməllərdə şərik olub.


”Şahid hazırda da icra hakimiyyətində eyni vəzifədə işləyir. Demək, eyni əməlləri indi də davam etdirir. Özü deyir ki, qnunsuzluqlar görüb, amma susub. Xahiş edirik, tədbir görülsün”,- müdafiəçilər bildiriblər.

Vəsatətə münasibət bildirən V.Hacıyev şahidə ondan əvvəlki icra başçısılarının vaxtında qanunszuluqlar olub-olmadığını soruşub. Şahid isə “xeyr, əvvəlki icra başçıları belə etməyib” - deyib.

Prosesdə daha sonra İmişli rayon İcra Hakimiyyətinin Memarlıq Tikinti Şöbəsinin müdiri Nazim Rəsulov ifadə verib. O, vəzifəsinə uyğun olaraq rayonda aparılan təmir-tikinti işlərinə nəzarət etdiyini deyib: “Tikinti işləri ilə bağlı sənədləri Vilyam müəllimə təqdim edirdim. İcazə sənədləri yazılırdı, imzalanırdı. Məbləği özü təyin edirdi. Vətəndaşla təmasda isə mühasib və biz olurduq. Nəsə irad bildirəndə deyirdi ki, başçı mənəm, nə deyirəmsə onu da elə. İşimi itirəcəyimdən qorxurdum. Buna görə məcburən rəhbərə xidmət edirdim. Vilyam müəllimin əsas işlərindən biri də həftə ərzində sahibkarlardan müəyyən pul vəsaiti tələb etməkdən ibarət idi. Bütün işlərin əsası rüşvət üzərində qurulmuşdu. Rüşvət almasa sərəncam vermirdi”.

O deyib ki, Hacıyev ondan həftəlik hesabatlar tələb edirdi. Bu hesabatlar da görülən işlər haqda yox, alınıb mühasibatlığa verilən rüşvətin məbləği barədə olurdu.

Tərəflərin suallarını cavablandan şahid İcra Hakimiyyətinin yeni binasının tikintisi üçün bünövrə tamamlanmamış podratçı şirkətə 4 milyon manat köçürüldüyünü deyib: “Görülən işlər şişirdilmiş şəkildə göstərilirdi. Üstəlik bir sənədə icra başçısı qol çəkibsə, mən onu ikinci dəfə geri qaytara bilməzdim. Vilyam müəllimin göndərdiyi sənədi imzalamadığıma görə hətta iki dəfə məndən ərizəmi tələb edib, işdən çıxarmaq istəyib”.

V.Hacıyev şahidlərin ifadələri ilə razılaşmayıb. Məhkəmə prosesi fevralın 7-də davam edəcək.Qeyd edək ki, V.Hacıyev 2020-ci il mayın əvvəllərində DTX tərəfindən həbs edilib. Ona qarşı vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və rüşvət alma maddələri ilə ittiham irəli sürülüb. Keçmiş başçı özünü günahkar saymır, “sifarişlə həbs olunduğunu” iddia edir./VIRTUALAZ.ORG/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İşçiləri Vilyam Hacıyevin qanunsuz hərəkətlərindən DANIŞDILAR

    İşçiləri Vilyam Hacıyevin qanunsuz ...

    4-02-2022, 16:47

  • 
  • İmişli RİH-in əməkdaşı: "Vilyam Hacıyevin qanunsuz tapşırıqlarını icra edirdim"

    İmişli RİH-in əməkdaşı: "Vilyam Hacıyevin ...

    4-02-2022, 14:57

  • 
  • Gəncənin icra başçısı postunda dəyişiklik GÖZLƏNİLİR

    Gəncənin icra başçısı postunda dəyişiklik ...

    29-06-2018, 14:39

  • 
  • Keçmiş icra başçısı ev dustaqlığına buraxılmadı

    Keçmiş icra başçısı ev dustaqlığına buraxılmadı ...

    13-10-2020, 18:33

  • 
  • İmişlinin icra başçısının Novruz səhvi... - FOTOFAKT

    İmişlinin icra başçısının Novruz səhvi... - ...

    13-03-2019, 14:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu