Gundemxeber.az » Ölkə » Cəmiyyət » Cavanşir Feyziyev jurnalistləri təhqir edən statusunu sildi
Milli Məclisin deputatı Cavanşir Feyziyev jurnalistləri təhqir etdiyi statusunu silib.
Millət vəkili Mətbuat Şurasının idarə heyətindən istefa verdikdən sonra cəmiyyətdə hiddətlə qarşılanan həmin yazını da səhifəsindən götürüb.
Qeyd edək ki, bir neçə gündür media və sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus London məhkəməsində müsadirə olunan 5 milyon funt-sterlinq müzakirə olunur.
C.Feyziyev məsələ ilə bağlı müsahibə verərək məlumatı təsdiqləsə də, daha sonra geniş açıqlama yayıb.
Həmin açıqlamada o bir sıra jurnalistlərin adını çəkərək onları təhqir edib.
GUNDEMXEBER.AZ
7-02-2022, 12:16
17-04-2020, 14:15
3-03-2020, 22:49
7-02-2022, 13:28
30-09-2019, 15:51
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?