"Paşinyan bu məsələyə Ermənistanda özündən qabaq hakimiyyətdə olan "Qarabağ klanı”nın faşistpərəst rəhbərlərini ifşa etmək üçün razılıq verib”.
Gundemxeber.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Bakının Avropa İttifaqının vasitəçiliyi ilə 8 erməni hərbi əsiri qaytarması müqabilində Ermənistan baş naziri Nikol Paşinyanın I Qarabağ müharibəsində kütləvi məzarlıqların koordinatlarını Azərbaycana verəcəyi barədə üzərinə götürdüyü öhdəliyə münasibət bildirərkən deyib:
"Məsələ Avropa Birliyinə rəhbərlik edən Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənstan baş naziri Nikol Paşinyan arasında videoformatda müzakirə olunub. Müzakirə nəticəsində humanitar məsələlərlə bağlı müəyyən qarşılıqlı anlaşmalar əldə olunub. Razılaşmaya əsasən, Azərbaycanın erməni hərbi əsirlərinin bir hissəsini qaytarması müqabilində Ermənistan I Qarabağ müharibəsində itkin düşən, həlak olan və hələ də axtarışda olan azərbaycanlı hərbçi və mülki şəxslərinin yerlərinin tapılması və iadə edilməsilə bağlı üzərinə öhədlik götürüb. Həmin müharibədə 4 minə yaxın itkin düşmüş Azərbaycan insanı var. Onlar tapılmalıdır. Həqiqətən də insanlar öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Bu isə müharibə cinayətidir. Bakı bu məsələni qaldırdığından Avropa tərəfindən də artıq gözardı edilə bilmir”.
Ekspertin fikrincə, bu məsələ İrəvanın əleyhinə işləsə də, Paşinyan məhz rəqibləri olan keçmiş rəhbərlər - Koçaryanla Sarkisyanı ifşa etmək üçün həmin addıma razılıq verib:
"Paşinyan bu məsələnin həyata keçiriləcəyinə söz verib. Artıq bu yöndə Ermənistan rəhbərliyi səviyyəsində konkret açıqlamalar var. Əslində, bu, beynəlxalq ictimai rəydə Ermənistan əleyhinə işləyən amildir. Amma Paşinyan rəqibi olan Ermənistanın sabiq rəhbərlərini ram etmək və onların siyasi karyerasına son qoymaq üçün həmin prosesə razılıq verib. Əks təqdirdə, Paşinyan belə bir məsələnin açıqlanmasına razılıq verməzdi. Çünki kütləvi məzarlıqlar dünyanın hansı ölkəsində olursa-olsun, bu, hərbi cinayət sayılır. Belə olan halda hətta sabiq erməni rəhbərləri barələrində beynəlxalq səviyyədə məsələnin qaldırılması da mümkün ola bilər”.
Sorğu
Yeni dizaynımız necədir?