Ölkəmizdə fəaliyyət göstərən bəzi media qurumlarında ötən ilin avqust-dekabr aylarında Daxili İşlər Nazirliyi, Xətai RPİ, Cinayət axtarış şöbəsinin sabiq əməkdaşı Elvin Elçin oğlu Həşimli ilə bağlı yayımlanan məqalələr diqqətimizi cəlb etdiyindən, biz bu yöndə media üzərindən müəyyən araşdırmalar aparmaq qərarına gəldik. Məqsədimiz daha müfəssəl məlumatları əldə etmək və baş verənlərlə bağlı əsl həqiqətləri geniş ictimaiyyətin diqqətinə çatdırmaq idi. Çünki, yayımlanan ilk məqalədə Milli Məclisin deputatı Elman Məmmədovla təqsirləndirilən şəxsin yaxın qohumluq əlaqələrinin olması haqqında məlumatlar ictimaiyyətə çatdırılmışdı. Belə bir məlumat yayımlandıqdan dərhal sonra, bu məsələ ilə bağlı həm deputatın köməkçisi, həm də Elvin Həşimlinin atasının məsələyə münasibətlərini ifadə edib, yayılan məlumatı tamamilə təkzib edirlər. Yəni, hər iki şəxs “Bizim heç bir qohumluq əlaqələrimiz yoxdur və bir-birimizi də tanımırıq” deyə mövqelərini ifadə edirlər. İlk məqalədə bu cür yalan və heç bir əsası olmayan məlumatın ictimaiyyətə çatdırılması, əslində absurd açıqlama olduğundan, bu bizim daha çox diqqətimizi cəlb etdi və belə bir səbəbdən də, bu yöndə ciddi araşdırmalar aparmağa qərar verdik.
Qeyd edək ki, daha sonrakı məqalələrdə isə sabiq polis əməkdaşı Elvin Həşimlinin bir iş adamının 1.600 000 (bir milyon altı yüz min) dollar məbləğində pul vəsaitini müəyyən yollarla ələ keçirməsi, barəsində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə cinayət işinin qaldırılması, hal-hazırda bu işlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə araşdırma işlərinin aparılması, həmçinin Elvin Həşimliуə qarşı həbs-qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə yazılı təqdimatın verildiyi qeyd olunmuşdu. Əslində, sabiq polis əməkdaşına qarşı irəli sürülən belə bir ittihamlar sensasion xəbərlərdən olduğu üçün, butün bunlar da diqqətimizi cəlb etdi. Düzdür, bu kimi məsələlər haqda tərəflərdən hər hansı ilə əlaqə saxlaya bilmədiyimizdən, hələlik bu yöndə ətraflı mövzunu ərsəyə gətirə bilməmişik. Amma, çalışacağıq ki, hər iki tərəflə əlaqə saxlayaq və məsələlərlə bağlı müəyyən araşdırmalarımızı davam etdirək. Yəqin ki, yaşananlarla bağlı lazımi məlumatları əldə etdikdən sonra, gundemxeber.az xəbər portalı vasitəsilə geniş ictimaiyyəti daha müfəssəl məlumatlarla məlumatlandıracağıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?