Gundemxeber.az » Ölkə » Cəmiyyət » Dövlət Agentliyinin sədrindən YENİ TƏYİNAT
Kliniki Tibbi Mərkəzin, İnfeksion xəstəliklər şöbəsinin müdiri, həkim infeksionisti Fərrux Sədirov “B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”nın sədri təyin edilib.
Bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev müvafiq qərar imzalayıb.
Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Oxu.Az-a bildirilib ki, Mərkəzin şöbə müdiri ilə yanaşı, daha üç həkim əməkdaşları Komissiyaya yeni üzv seçilib:
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev müvafiq qərarına əsasən, sədr ilə yanaşı o cümlədən komissiyanın tərkibinə də dəyişiklik həyata keçirib. Yeni dəyişikliklərə görə, komissiyanın yeni üzvləri arasında bir nəfər Agentlikdən, bir nəfər TƏBİB-dən, bir nəfər Mərkəzi Neftçilər Xəstəxanasından, sədrdən əlavə daha üç nəfər Kliniki Tibbi Mərkəzdən və mərkəzin tabeliyindəki 2 saylı Klinik Uşaq Xəstəxanasından həkimlər yer alır”.
Xatırladaq ki, Komissiyanın əvvəlki sədri həkim-infeksionist Vasif Əliyev olub.
Qeyd edək ki, bununla bağlı ilk məlumatı APA yayıb.
Gundemxeber.az
10-07-2020, 14:09
6-02-2020, 10:17
27-10-2015, 20:08
26-02-2020, 11:14
16-01-2018, 15:50
Sorğu
Yeni dizaynımız necədir?