GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Pambıqla "baş kəsən" sahibkarlara kimlər şərait yaradır? - VİDEO

Pambıqla "baş kəsən" sahibkarlara kimlər şərait yaradır? - VİDEO

Tarix: 15-02-2022, 18:39 Bölmə :Cəmiyyət Baxış: 354


Hər hftənin hər günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) haqqında sosial mediada məlumatlar yayımlanır. Yayımlanan məlumatların demək olar hamısının əsasını isə vətəndaş etirazları təşkil edir.

Məsələn, Samux rayon Nabiağalı qəsəbəsində məhv edilmiş meşə zolağı barəsində məlumat sözügedən rayonun sakinləri,

Meşə əraziləri mənimsənilir - NAZİR HARA BAXIR ?!



Oğuz meşələrində kömür hazırlanması barəsində məlumatlar Oğuz sakini,

Nazirliyin təbiətə bəd nəzəri

cənub meşələri barəsində məlumatlar yerli sakinlər tərəfindən redaksiyamıza göndərilib.

Həmçinin, xatırlayırsınızsa bir neçə il öncə, yəni 2020-ci ilin ikinciyarısında "DogruXeber.az" olaraq, Cəlilabad rayonunun Göytəpə qəsəbəsində çoxillik yaşıllıq ağaclarının məhv edilməsi barəsində həyəcan siqnalı vermişdik.



Hansı ki, həmin məlumatlarda yerli sakinlər Rafiq Abışov adlı bir sahibkarın Qurtuluş küçəsindəki istirahət parkındakı oturacaqların bir gecədə götürülməsinə, yaşıllıq ağaclarının kökünə mazut tərkibli maddələr tökülüb, onların məhv edilməsinə etiraz edirdilər. Onlarda haqlı narahatlıq və narazılıq doğuran məsələ barəsində yerli icra nümayəndəsinə, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya şöbəsinə şəxsən məlumat verib, eyni zamanda agentliyimiz vasitəsilə yayımlamışdıq.

İnzibati binanın önündə cinayət xarakterli əməl

Məsələdən artıq iki ilə yaxın müddət keçib və həmin ərazidə yaşayan sakinlər tərəfindən redaksiyamıza yenidən müraciət daxil olub.

Bu dəfəki məlumatda isə bildirilir ki, artıq, sözügedən ərazidəki istirahət parkı və yaşıllıq ağacları tamamilə məhv edilib. Yerində isə böyük iaşə obyekti ucaldılmaqdadır. Hazırda, obyektin üçüncü mərtəbəsində qızğın iş gedir. Hələ neçə mərtəbəli olacağı sakinlərə bəlli deyil.

Qeyd edək ki, istirahət parkı və yaşıllıq ağacları məhz həmin iaşə obyektinin tikilməsi məqsədilə yandırılaraq, məhv edildi. Təəssüflər olsun ki, media vasitəsilə yayımladığımıza baxmayaraq, məsələyə bütün aidiyyatı qurumlar susdu və hələ də susmaqda davam edirlər.


Görəsən niyə?


QEYD : Yeri gəlmişkən, sözügedən qanun pozuntusu barəsində "DogruXeber.az" informasiya portalı adından Azərbaycan respublikasının İqtisadiyyat Nazirliyi, Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Cəlilabad rayon İcra Hakimiyyətinin elektron poçt ünvanına rəsmi müraciətlər göndərmişik.


Bu günlərdə "DogruXeber.az" redaksiyasına daha bir rayon, Goranboy rayonunun bəzi sakinləri tərəfindən məlumat daxil olmuşdur. Məlumata deyilir: - "Goranboy rayonunda 2008 ci ildə yaradılmış ETSN nin tabeli qurumu, "Korçay" Dövlət Təbiət qoruğu ərazisində yeganə sututar var. Onu ETSN nin Bioloji müxtəlifliyin qorunması xidmətinin "Korçay" dövlət qoruğunun direktoru Yusif Kazımov qeyri-qanuni icarəyə verib, qurutdurub. Bildiyimiz kimi, qoruq ərazisində istənilən təsərrüfat fəaliyəti qadağandır.


Qoruğun ərazisi 4833,6 (dörd min səkkiz yüz otuz üç tam, onda 6) hektardır. Yuxarıda da qeyd etdiyimiz kimi bu göl qoruq ərazisində yeganə su tutardır və Yusif Kazımov tərəfindən icarəyə verilib. 2021 ci ildə göldə balıq saxlanılırdı. Bunun nəticəsində qoruğun mühafizə rejimi pozulub.

İnzibati Xətalar Məcəlləsinin (İXM) 242-ci maddəsinin tələbləri pozulub və "Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri haqqında qanun"un tələbləri pozulub. 9 ay göldə balığa baxıblar, sonra balıqları tutmaq üçün gölün suyunu qurudublar. Nazirlik tərəfindən araşdırma aparılıb, amma heçbir tədbir görülməyib. Çünki yusif kazımovu müdafiə edənlər var. Qeyd edək ki, qoruq direktoru həmin gölün qurudulmasına etiraz edən iki işçini - sahə müfəttişi Əli Rəsulov və Rəşad Həmidovu şərləyib işdən çıxarıb. Məsələ qoruq direktorunun özbaşnalığı, qanunları heçə saymağı, öz maraqlarını dövlətdən üstün tutmağıdır."


Gördüyünüz kimi sakinlər də bildirir ki, nazirlik tərəfindən araşdırma aparılıb və heç bir tədbir görülməyib. Eynilə Daşkəsən rayon Çanaqçı kəndindəki çayın məcrasında yerləşən villa və balıq gölləri kimi.

QEYD: Sözügedən villa barəsində aylardır ki, təkrar-təkrar məlumatlar dərc edib, dəfələrlə telefon açıb cavab istədikdən sonra, nəhayət ki, ötən həftə nazirlik tərəfindən cavab göndərildi. Lakin, yenə də qaneedici cavab verilməyib. Görünür, nazirlik hələ də bizə gözümüzdən daha yaxşı gördüklərini sübut etməkdə israrlıdır.

Yeri gəlmişkən, buvaxta qədər ETSN tərəfindən reaksiya verilən, daha doğrusu qurumu narahat edən yeganə məlumat, iki saata 24.000 (iyirmi dörd min) AZN qazandığı deyilən Fizuli Babayevin Nazirin əmisi oğlu olmasıdır. Sözügedən qurumun bəzi səlahiyyətli nümayəndələri telefonla danışdığımız zaman israrla, təkrar-təkrar Fizuli Babayevin nazirin əmisi oğlu olmadığını bildirirlər. Əslində, biz Babayevlərin qohumluq əlaqələri barəsində də kiçik araşdırma aparmışıq. Onu da qeyd edək ki, ETSN-nə gəlməzdən əvvəl Muxtar və Fizuli Babayevlər "SOCAR" neft şirkətində çalışıblar. Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Naziri vəzifəsinə təyin edildikdən sonra, Fizuli Babayevi də yanına gətirərək, nazirlikdə ona mühüm (ən gəlirli) vəzifəni əmanət etdi. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə Fizuli Babayev nazirlikdə söz sahibidir. Yəni, nazir Muxtar Babayev çox zaman, çox işlər barəsində onunla məsləhətləşir və onun tövsiyyələrinə xüsusi önəm verir. Bütün bunlar Babayevlər arasında qan bağlılığı olmasına işarə edir. Bu barədə növbəti yayımlarımızda daha ətraflı araşdırma məlumatları diqqətinizə çatdıracağıq.

Mövzu diqqətimizdədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lerikdə yaşıllığın məhv edilməsini əks etdirən VİDEO

    Lerikdə yaşıllığın məhv edilməsini əks etdirən ...

    11-04-2020, 11:00

  • 
  • Meşə əraziləri kimin DƏDƏ MALIDIR Kİ? - İTTİHAM VAR!

    Meşə əraziləri kimin DƏDƏ MALIDIR Kİ? - İTTİHAM ...

    7-01-2022, 11:36

  • 
  • Bakıda qarşıdurma baş verdi

    Bakıda qarşıdurma baş verdi ...

    4-07-2013, 15:41

  • 
  • Oğuzda meşə zolağı yanır

    Oğuzda meşə zolağı yanır ...

    31-08-2017, 16:12

  • 
  • Qəbələ meşələrində yanğın 80% lokallaşdırılıb - YENİLƏNİB

    Qəbələ meşələrində yanğın 80% lokallaşdırılıb - ...

    2-09-2017, 15:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu