"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin mərkəzi idarəetmə aparatında struktur dəyişikliyi olub.
Gundemxeber.az bildirir ki, bu barədə qurumun mətbuat katibi Dilqəm Şərifov məlumat verib. Onun sözlərinə görə, yeni sturuktura əsasən 7 şöbə, 3 sərbəst sektor və 11 tabeli sektor yaradılıb. Aparılan islahatlar kənd təsərrüfatı istehsalçılarının su tələbatının ödənilməsinə təkan verməklə yanaşı, idarəetmədə səmərəliliyin və şəffaflığın artırılması məqsədi daşıyır. Bununla da mərkəzi idarəetmə aparatının strukturu dəyişilərək daha müasir, günün tələblərinə uyğun, işin peşəkarlılığın artırılması, işin təşkilinin daha müasir formada görülməsi üçün yeni şöbə və sektorlar yaradılıb. Cəmiyyət idarəetmədə təcrübəli kadrların cəlb olunması istiqamətində də addımlar atıb. Bu istiqamətdə cəmiyyətin mərkəzi aparatının strukturunun daha çevik idarəetmə qabiliyyətinə malik formada yenidən təşkili və bu sahəyə xarici dövlətlərdə təhsil almış, müasir biliklərə malik təcrübəli gənc kadrlar cəlb edilib. Bu ildə eyni zamanda müxtəlif ixtisaslı peşələrdə çalışan işçilərin ixtisas artırma kurslarına cəlb edilməsi nəzərdə tutulur. "Ölkə rəhbərliyinin səhmdar cəmiyyəti qarşısında qoyduğu vəzifələrin icrası da sürətlə davam edir. Belə ki, meliorasiya və su təsərrüfatı sahəsi üzrə artan tələbatın təmin olunması, suvarma suyundan səmərəli istifadə edilməklə kənd təsərrüfatı istehsalçılarının suya olan tələbatının ödənilməsi istiqamətində, o cümlədən şəffaflığın və idarəetmədə səmərəliliyin artırılması məqsədilə müvafiq islahat tədbirləri həyata keçirilib. İslahat tədbirləri çərçivəsində büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi, istismar tədbirlərinin keyfiyyətlə yerinə yetirilməsi, pərakəndiliyin aradan qaldırılması, satınalmaların vahid mərkəzdən idarə olunması və şəffaflığın təmin edilməsi məqsədi ilə ötən il bir sıra rayonlarda struktur vahidləri üzrə müəyyən dəyişiklik aparılaraq, bir-birini təkrarlayan 26 idarə ləğv edilib və həmin rayonlarda fəaliyyət göstərən Suvarma Sistemləri və digər idarələrlə birləşdirilib. Bu sahədə işlərin daha da təkmilləşdirilməsi üçün rayonlarda işlərin davam etdirilməsi nəzərdə tutulur", - deyə D.Şərifov əlavə edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?