GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hökumət məmurlara bağlı şirkətlərə güzəştə gedir? - Ekspert danışır

Hökumət məmurlara bağlı şirkətlərə güzəştə gedir? - Ekspert danışır

Tarix: 22-02-2022, 18:28 Bölmə :Cəmiyyət Baxış: 340

Bu günlərdə Baş nazir Əli Əsədovun sədrliyi ilə keçən İqtisadi Şuranın növbəti iclasında ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi məsələsi əsas diqqət mərkəzində olub.

Nazirlər Kabinetinin məlumatına görə, iclasda dünya ərzaq bazarlarında məhsulların qiymətlərində kəskin bahalaşmanın ölkədə işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin gücləndirilməsi geniş müzakirə olunub. Bu baxımdan Azərbaycanda inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla əhalinin sosial rifahına inflyasiyanın təsirlərinin minimallaşdırılması, daxili bazarda süni qiymət artımı üzərində monitorinqin gücləndirilməsi, sahibkarlar üçün güzəştli kredit və faiz subsidiyası mexanizmi məsələləri barədə müzakirələr aparılıb.

Ardınca məlum olub ki, Azərbaycana idxal edilən minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarına gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlər veriləcək.

Marja xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, 2022-ci il ərzində idxal inflyasiyasının təsirinin azaldılması məqsədilə Dövlət Gömrük Komitəsi İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsinə, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair razılaşdırılmış təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd edək ki, bir ay öncə Nazirlər Kabinetində ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdi. Aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı barədə təkliflərini Hökumətə təqdim etmələri tapşırılmışdı. Ötən müddət ərzində də bu istiqamətdə həyata keçirilən tədbir kimi Dövlət Ehtiyatları Agentliyinin nizamnaməsi təsdiqlənib. Ancaq müvafiq qurumlar tərəfindən hər hansı təkliflərin təqdim edildiyi ictimaiyyətə açıqlanmayıb. Beləliklə, keçirilən son növbəti iclasda demək olar ki, eyni mövzular müzakirə edildi. İclasda inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması vurğulanıb.

Bu gün ölkədə inflyasiya iqtisadiyyata xələl gətirəcək həddədirmi və əgər istehsal monopoliyadadırsa subsidiya mexanizmindən eyni şəxslərmi yararlanacaq? GUNDEMXEBER.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bununla bağlı bildirib ki, Azərbaycanda inflyasiya artıq kifayət qədər təhlükəli həddədir:

“Normal məqbul və iqtisadi aktivliyə müsbət təsir edə biləcək inflyasiya həddi 2-4 faiz civarında olur. Yəni 2-4 faiz arasındakı inflyasiya iqtisad elmində iqtisadiyyatı stimullaşdıran inflyasiya sayılır. Azərbaycanda isə ərzaq inflyasiyası ikirəqəmli həddədir. Bu isə iqtisadiyyat və vətəndaşlar üçün də əlavə yükdür, ciddi problemdir. Ona görə də hökumətin 2-4 faiz inflyasiya səviyyəsinə hansı mexanizmlərlə çatacaqları ilə bağlı Nazirlər Kabinetinin iclasında heç bir açıqlama verilmədi. Hansısa bir addımların alqoritmi, arcıdıllığı elan edilmədi. Buna necə nail olacaqları, Nazirlər Kabinetinin hansı addımlar atacağı ilə bağlı ciddi boşluqlar var”.

Subsidiya məsələsinə gəldikdə isə ekspert deyib ki, Azərbaycanda zaman-zaman bu alətdən istifadə olunur: “Ölkədə Orta və Kiçik sahibkarlığa Dəstək Fondu, güzəştli şərtlərlə kredit proqramları, aqrar sahədə fəaliyyət göstərən fermerlərə müxtəlif subsidiyalaşdırma mexanizmləri də var. Ancaq bunların normal fəaliyyətini, geri dönüşünü biz görmürük. Yəni bu hansı iqtisadi aktivliyə səbəb olub, hansı əlavə dəyər, nə qədər iş yeri yaradıb? İllərdir bu proqramlar onsuz da var. İndi bunlarla bağlı hansısa bir yeni qərarların olması mümkündürsə, o qərarlar nədən ibarət olacaq, kreditləşmə həcmi artacaq, yoxsa yox? Əsasən kiçik və orta sahibkarlığamı aid ediləcək, yoxsa ümumiyyətlə, iri holdinqlərə, əsasən də məmurlara bağlı iri holdinqlərəmi aid ediləcəyi ilə barədə ipucu yoxdur. Ona görə də Nazirlər Kabinetinin son iclasını itirilmiş zaman hesab etmək olar. Çünki heç bir konkret addımların ardıcıllığını və elanını görmədik, hədəflərə necə çatacaqları ilə bağlı ciddi bir açıqlamaların şahidi olmadıq”.

Təhlükəli hədd kimi 25 faizmi nəzərdə tutulur?

Ekspertin sözlərinə görə, ümumiyyətlə, 25 faiz hiperinflyasiya sayılır: “Dünyada 25 faiz inflyasiyaya dözə biləcək çox nadir ölkələr var. Məsələn, Türkiyədə inflyasiya 40 faizə çatdı, çox ciddi problemlər yaşandı, iqtisadiyyatda daralmalar oldu. Dünyada normal iqtisadi aktivliyə təsir edə biləcək inflyasiya səviyyəsi 2-4 faiz arasıdır”.


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bank sektorunun sağlamlaşdırılması yeni pul siyasəti rejiminə keçidi sürətləndirəcək - AMB

    Bank sektorunun sağlamlaşdırılması yeni pul ...

    28-12-2018, 11:00

  • 
  • Makroiqtisadi sabitliyin qorunması üzrə İşçi Qrupunun ilk iclası keçirilib

    Makroiqtisadi sabitliyin qorunması üzrə İşçi ...

    23-03-2020, 15:56

  • 
  • Nazirlər Kabineti: Qlobal iqtisadiyyatda baş verənlərə qarşı təhlükəsizlik “yastığı” mövcuddur

    Nazirlər Kabineti: Qlobal iqtisadiyyatda baş ...

    10-03-2020, 18:52

  • 
  • İnflyasiya azalacaq - TƏHLİL

    İnflyasiya azalacaq - TƏHLİL ...

    11-05-2018, 17:12

  • 
  • Elman Rüstəmov: “Yayda inflyasiyanın azalacağına ümid edirik”

    Elman Rüstəmov: “Yayda inflyasiyanın azalacağına ...

    1-06-2020, 16:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu