GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hərbi Polisin sabiq rəisindən ordudakı korrupsiya ilə bağlı şok açıqlamalar

Hərbi Polisin sabiq rəisindən ordudakı korrupsiya ilə bağlı şok açıqlamalar

Tarix: 23-02-2022, 10:25 Bölmə :Cəmiyyət Baxış: 225


Ordunun pullarını talançılardan necə qorumalı - kimlər məsuliyyət daşıyır?

Müdafiə Nazirliyində aşkarlanan maliyyə pozuntuları ilə bağlı həbslər davam edir. Həyata keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov da tutulub. Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində də 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Onlara Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 341.2.1-ci (vəzifə səlahiyyətlərini aşma, bir qrup şəxs tərəfindən törədildikdə) və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

Yada salaq ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyində maliyyə pozuntuları ilə bağlı Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, “N” hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu həbs edilib. Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.

Son həbslərlə bağlı ekspertlər iddia edirlər ki, onlar Baş Qərargahın sabiq rəisi Nəcməddin Sadıxovun ən yaxın adamlarıdır. Bəs belə halların vaxtında qarşısının alınmamasına görə hansı qurumlar məsuliyyət daşıyır? Orduda maliyyənin neçə xərclənməsinə kim nəzarət etməlidir?

Hərbi Polisin sabiq rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, orduda maliyyənin neçə xərclənməsinə, maliyyə məsələlərinə məsuliyyət Müdafiə Nazirliyinin Maliyyə Baş İdarəsinin və şəxsən bu idarənin rəisi general Nizami Məmmədovun üzərinə düşür: “Çünki nəzarəti birbaşa məhz həmin Baş İdarə həyata keçirir. Nəcməddin Sadıxovun Baş Qərargah rəisi olduğu dövrdə orduda çox böyük maliyyə pozuntuları, korrupsiya hallarının baş verdiyi barədə mətbuatda tez-tez məlumatlar gedirdi. Həmin məlumatlar həqiqəti əks etdirirdi. 44 günlük Vətən müharibəsində qələbəmizdən sonra Müdafiə Nazirliyinin ştat strukturu dəyişildi. Quru Qoşunları və digər müxtəlif qurumlar yaradıldı, orduda türk ordusu modelini tətbiq etdik. Lakin türk modelinə tam şəkildə keçid olmadı. Prosesin hələ də davam etdiyi deyilir.

Rövşən Məhərrəmov

Bu qanunsuzluqlar barədə bir neçə gün ərzində deyil, uzunmüddətli müşahidə, araşdırma aparılıb, sübutlar əldə edildikdən sonra, nəhayət, həbslər başlayıb. Bu olaylar gözlənilən idi. Müdafiə Nazirliyinin Baş Maliyyə İdarəsi ordudakı bütün maliyyə işlərinə nəzarət eləməlidir. Bu idarə isə nəzarət eləmək əvəzinə, özləri korrupsiya əməlləri ilə məşğul olublar. Həbs edilənlərin hamısı Nəcməddin Sadıxovun birbaşa dəstəyi ilə vəzifələrə təyin edilmiş şəxslər idi. Yəni o adamların hamısı Sadıxova bağlıdırlar. Hətta Nəcməddin Sadıxovun sağ əli olan “şlyapa Zahid”in qudası olan Hərbi Hava Qüvvələrinin Maliyyə Şöbəsinin rəisi də həbs olunub. Maliyyə sifarişi necə verilirdi? Hərbi hissələrdən Müdafiə Nazirliyinə sifariş göndərilir, Müdafiə Nazirliyi araşdırır və əmin olduqda ki, edilən sifarişdə doğrudur, bundan sonra Maliyyə Nazirliyinə pul ayrılması üçün sifariş verilir. Görünür ki, Maliyyə Nazirliyinə reallığı əks etdirməyən, şişirdilmiş rəqəmlər sifariş verilib. Maliyyə Nazirliyi də sifarişi yerinə yetirib və vəsait ayrılıb. Müdafiə Nazirliyindəki həbs olunan şəxslər və digər səlahiyyətli şəxslər isə vəsaitin şişirdilmiş rəqəmlər əsasında ayrılan hissəsini mənimsəyiblər. Bu, açıq-aşkar korrupsiya əməliyyatıdır".

R.Məhərrəmov qeyd etdi ki, bundan başqa maddi-texniki təminat məqsədilə alınan mal və məhsullar üçün də vəsait ayrılmasına Maliyyə İdarəsi imza atır, burada aşağıdan yuxarıya doğru çoxlu sayda vəzifəli şəxslərin imzası olan sənədlər gərəkir: “O sənədlər olmadan heç bir satınalma, maliyyə əməliyyatları həyata keçirilə bilməz. Mən hesab edirəm ki, həbslər davam edəcək və etməlidir. Çünki söhbət dəhşətli dərəcədə böyük vəsaitlərin korrupsiya yolu ilə mənimsənilməsindən gedir. Miqyas o qədər böyükdür ki, aşağılardan daha yuxarılara qədər daha çoxlu sayda vəzifəli şəxslərin məsuliyyəti, imzası, göstərişi var. Hesab edirəm ki, Müdafiə Nazirliyinin İşlər İdarəsini də yoxlamaq lazımdır. Bir ay öncə həmin idarənin rəisi polkovnik İlqar Məmmədov ehtiyata buraxılıb. Onun işlədiyi dövrü ciddi yoxlamaq lazımdır, o zaman aşkar ediləcək ki, həmin idarədə də ciddi çatışmazlıqlar var. Bundan əlavə, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi yoxlanmalıdır. O zaman üzə çıxacaq ki, tikinti təmir işlərinin həyata keçirilməsi, mənzillərin paylanması işində necə böyük qanunsuzluqlara yol verilib. Özü də bütün yoxlamaları Müdafiə Nazirliyi sistemindən kənar qurumlar həyata keçirməlidir. Mən əminəm ki, biz çoxlu sayda həbslərin şahidi olacağıq. Prezident ordumuzun güclənməsi üçün hər il hərbi büdcəni artırmaq kimi düzgün siyasət yürüdüb. Təəssüf ki, çox böyük şəbəkə dövlət büdcəsindən ayrılan həmin vəsaitlərin bir hissəsini korrupsiya yolu ilə talan ediblər. Bu cür talanlar olmasaydı, ordumuzun gücü indikindən daha yüksək səviyyədə olardı. Korrupsiya talançılığına yol verən şəxslər həm də Prezidentə xəyanət ediblər. Ona görə də cinayətdə əli olan bütün şəxslər məsuliyyətə cəlb olunmalıdır. Bu şəbəkə Nəcməddin Sadıxova bağlı olub. Çox ciddi təmizləmə işi aparılmalıdır. Nəcməddin Sadıxova bağlı bütün vəzifəli şəxslərin hamısı dərhal vəzifələrindən azad olunmalıdır, ordudan uzaqlaşdırılmalıdır. Ordumuzun adına yaraşmayan biabırçılıq mütləq təmizlənməlidir. Mən əminəm ki, yoxlamalar və həbslər davam edəcək”.

Ruslan İmamquliyev

Hərbi ekspert Ruslan İmamquliyev də bildirdi ki, maliyyə və maddi-texniki təminat məsələlərinə birbaşa nəzarəti Müdafiə Nazirliyinin Maliyyə İdarəsi nəzarət edir. Ona görə də məsuliyyət bu idarənin üzərinə düşür. Eyni zamanda hərbi hissə komandirləri də rəhbərlik etdikləri hərbi hissələrin maliyyə işlərinə cavabdehdirlər: “Maliyyə işinə nəzarət bir neçə qoldan ibarətdir. Yəni məsuliyyət təkcə mühasibin, maliyyə şöbəsinin rəisinin üzərində deyil, eyni zamanda hərbi hissə komandirinin üzərindədir. Müdafiə Nazirliyinin Maliyyə İdarəsi müvafiq dövrlərdə yoxlamalarını keçirməlidir. Eyni zamanda Müdafiə Nazirliyinin Daxili Yoxlama qrupu da var. Onlar da vaxtaşırı yoxlamalar həyata keçirməyə məsuldurlar. Bundan başqa, müxtəlif yoxlama komissiyaları təşkil olunur. Bu qədər əhatəli nəzarət mexanizmi olduğu halda böyük maliyyə korrupsiya əməlləri ortaya çıxıbsa, deməli, çox geniş tərkibdə məsuliyyətə cəlb ediləcək şəxslər var. Cavabdehlər çoxdur. Cavabdehlər təkcə maliyyəçilər deyil. Nəcməddin Sadıxovun tutduğu vəzifə elə olub ki, ona instansiya üzrə tabe olan vəzifəli şəxslər var. Mənim həbs edilənlərin kimin adamı olduğu barədə fikir bildirməyim yanlış olardı”. 


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş Prokurorluq həbs edilən polkovniklə bağlı MƏLUMAT YAYDI

    Baş Prokurorluq həbs edilən polkovniklə bağlı ...

    17-08-2021, 14:29

  • 
  • ​Akif Çovdarov və digərlərinin məhkəməsində prokuror çıxış edir

    ​Akif Çovdarov və digərlərinin məhkəməsində ...

    16-08-2017, 15:00

  • 
  • Prokuror Akif Çovdarova 15 il cəza istəyib

    Prokuror Akif Çovdarova 15 il cəza istəyib ...

    16-08-2017, 16:30

  • 
  • Eldar Mahmudovun əmisi oğlu daha 3 ay həbsdə qalacaq - QƏRAR

    Eldar Mahmudovun əmisi oğlu daha 3 ay həbsdə ...

    27-02-2019, 14:45

  • 
  • Akif Çovdarovun məhkəməsində təqsirləndirilənlər SON SÖZ deyir

    Akif Çovdarovun məhkəməsində təqsirləndirilənlər ...

    27-09-2017, 12:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu