Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəfat etməsi barədə xəbər yayılıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə "e-huquq.az" saytı məlumat yayıb. Saytın məlumatına görə, E. Mahmudov gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.
Amma Eldar Mahmudovun vəkili Cavid Rzazadə Qaynarinfo-ya açıqlamasında xəbəri təkzib edib.
"Xəbər yalandır. Eldar Mahmudov evindədir. Nə müalicə alır və nə də ki, özünü narahat hiss edir. Mən ailəsinin adından bildirirəm ki, bu şayiədir. Nəsə olsaydı deyərdik”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?