"Azərbaycan Sənaye Korporasiyası” (ASK) ASC "İmport Group of Azerbaijan” MMC-ni məhkəməyə verib.
Gundemxeber.Az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi icarə müqaviləsi üzrə mübahisədir.
"Azərbaycan Sənaye Korporasiyası” Prezident İlham Əliyevin 6 noyabr 2017-ci il tarixli Fərmanına əsasən yaradılıb.
Hazırda ASC-nin nəzdində iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 17 törəmə müəssisə fəaliyyət göstərir:
1. "Azəralüminium” MMC,
2. "Azərpambıq ASK” MMC,
3. "Azəripək” MMC,
4. "ASK Şüşə” MMC,
5. "ASK İzolit” MMC"
6. "ASK Tekstil” MMC ,
7. "ASK Xidmət” MMC,
8. "ASK Security” MMC,
9. "ASK Aqro" MMC,
10. "ASK İnşaat” MMC,
11. "ASK Şəki Kərpic” MMC,
12. "ASK Şəki Su Elektrik Stansiyası” MMC,
13. "ASK Ayaqqabı Fabriki” MMC,
14. "ASK Əmlak” MMC ,
15. "ASK Turizm” MMC (fəaliyyət göstərmir),
16. "ASK-Russia” MMC (fəaliyyət göstərmir),
17. "ASK Poliqrafiya" MMC (fəaliyyət göstərmir).
ASC-nin Müşahidə Şurasının sədri Prezidentin köməkçisi, Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovdur.
Müşahidə Şurasının üzvləri isə Kənd Təsərrüfatı naziri İnam Kərimov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Birinci-vitse prezidentin köməkçisi Xalid Əliyev və Mərkəzi Bankın sədri Elman Rüstəmovdur.
"İmport Group of Azerbaijan” MMC-yə gəlincə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, şirkət 14 aprel 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Əzimov Eldar Rafiq oğludur.
"İmport Group of Azerbaijan” MMC inşaat-memarlıq sahəsində fəaliyyət göstərən şirkətdir. Şirkətin əsas fəaliyyət istiqaməti inzibati, mülki və sənaye obyektlərinin tikintisi üzrə kompleks xidmətlərin, o cümlədən təmir-bərpa işlərinin yerinə yetirilməsindən və konstruktiv həll yollarının işlənib hazırlanmasından ibarətdir. Bu barədə şirkətin rəsmi veb-səhifəsində qeyd edilib. Yeri gəlmişkən, saytda şirkətin 2011-ci ildə təsis edildiyi qeyd olunub.
Gundemxeber.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?