Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...”
Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. virtualaz.org-un xəbərinə görə, prosesdə zərərçəkmişlər dindirilib.
Əvvəlcə zərərçəkmiş Xalidə Hüseynova ifadə verib. O, ifadəsində lombarda (söhbət M.Mahmudovun lombardından gedir, - red.) qızıl girov qoymaqla pul götürdüyünü deyib. Bildirib ki, borcunu ödəsə də qızılları geri ala bilmirdi: "Polisə şikayət etdikdən 14 gün sonra qızıllarımı geri götürdüm. Maqsudu tanımıram, amma oranın sahibi olduğunu eşitmişdim. Nə pul alanda, nə də qızıl verəndə Maqsudu orada görməmişəm. Pulu Mədinə İsrafilovaya vermişəm, qızıllarımı da ondan almışam. Şikayətçi deyiləm".
Digər zərərçəkmiş Hicran Məmmədova ifadəsində qızıllarını girov qoyub 600 manat pul götürdüyünü, deyib: "Maqsudu şəxsən tanımıram. Dedilər lombarda qoyulan qızılları götürüb qaçıb. Gördüm hamı yığılıb lombardın qabağına. Mən də getdim hamı kimi polisə şikayət etdim. İki aydan sonra qızıllarımı geri aldım".
Zərərçəkmiş M.Mahmudovdan şikayətçi olmadığını deyib.
Zərərçəkmiş Şövkət Əliyeva da ifadəsində lombarda qızıl qoyub pul götürdüyünü deyib, bildirib ki, polisə şikayət etdikdən sonra qızıllarını geri götürüb. Zərərçəkmiş M.Mahmudovdan şikayətçi olmadığını deyib.
Digər zərərçəkmişlər Taleh Feyzullayev, Samirə Abdullayeva, Ramin Hacıverdiyev, Gülşanə Məmmədova də anoloji ifadə veriblər.
Zərərçəkmiş Nadir Mahmudov ifadəsində anasına məxsus qızılları lombarda girov qoyub pul götürdüyünü deyib:"Qızıl saat bu günə qədər də geri qaytarılmayıb. Qədimi saat idi, yadigar qalmışdı. Üç ildir tələb edirəm. O saatın dəyərini tam ödəsələr də belə yenə istəmirəm. Mənə saatın özü lazımdır".
Hakim təqsirlındirilən şəxsdən N.Mahmudova məxsus yadigar saatın hazırda harada olduğunu soruşub. M.Mahmudov "yəqin bir neçə ay ödəniş etməyib, saat da satışa çıxarılıb" deyə cavab verib. Məhkəmə prosesi martın 16-da davam edəcək.
Gundemxeber.Az
15-02-2018, 15:14
3-09-2017, 17:10
8-11-2017, 11:53
14-11-2019, 18:40
31-01-2019, 17:00
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?