Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sosial yardımlar da Novruz bayramına qədər ödənəcək - RƏSMİ
Novruz bayramı ilə əlaqədar mart ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayrama qədər ödənilməsi planlaşdırılır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu ölkənin digər bölgələri üzrə mart ayının pensiyalarının, həmçinin qulluq stajına görə əlavələr alan pensiyaçıların pensiyalarının ödənişini bu həftə yekunlaşdıracaq.
Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondu müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparır.
Qeyd edək ki, ötən həftə Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları verilib.
Gundemxeber.Az
13-03-2018, 13:37
20-12-2013, 12:38
29-10-2019, 10:58
11-07-2017, 13:38
26-07-2018, 22:34
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?