Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ruslar və ukraynalılar müharibənin başa çatması üçün Virciniya kilsəsində birlikdə dua edirlar
Hər bazar günü onlarla ukraynalı və rusiyalı xristianlar Virciniya ştatındakı Mount-Krouford şəhərində Birinci Rus Baptist Kilsəsində toplaşır. Rusiyanın Ukraynaya təcavüzü davam etdikcə, bu dindarlar zorakılığı pisləyir və diqqətlərini onları birləşdirən ortaq cəhətlərə diqqət yetirdiklərir.
Rusiyanın hücumuna məruz qalmış Ukraynadan minlərlə kilometr uzaqda 25 il əvvəl Virciniya ştatında tikilmiş kilsə ukraynalı və rusiyalıların hər bazar günü dua etmək üçün toplaşdığı yerdir. Birinci Rus Baptist Kilsəsinin nümayəndəsi Yari Suslayev “Biz Allaha ibadət etməyə gəlmişik. Ukraynadakı münaqişə bizi çox kədərləndirir, çünki biz özümüzü həmişə qardaş və bacı hesab etmişik. Hazırda Rusiya ilə Ukrayna arasında baş verənlər bizi çox məyus edir”.
Virciniya ştatının Mount-Krouford şəhərindəki Birinci Rus Baptist Kilsəsində ibadət edənlər müharibənin sülh yolu ilə başa çatması üçün dua edir, lakin insanların çoxunun münaqişənin əleyhinə olduğunu deyirlər. Narina Dronov “Həqiqətən bu müharibəni istəyən insanlar var. Amma insanların əksəriyyəti bunu istəmir. Ona görə də bu müharibənin lazım olduğunu düşünmürəm. Fikrimcə, bu fərqləri aradan qaldırmağın bir çox yolu var. Amma bunu istəyən insanlar olduğundan və o insanlar hakimiyyətdə olduğundan bu qaçılmaz idi”.
Buraya gələn kilsə ziyarətçiləri diqqətin ortaq dəyərlərə və irsə yetirməyin vacibliyini vurğulayır. Müharibə qarışıq ail insanlar üçün daha ağırdır. Vyaçeslav Şesnoy “Anam rusdur, mən Ukraynada anadan olmuşam və belaruslu qadınla evliyəm. Şəxsən mən bu üç xalqın birləşməsiyəm. Beləliklə, mən ruslarla və əslində ukraynalılara qarşı vuruşduğumu təsəvvür edə bilmirəm. Deməli, mənim üçün bir dindar kimi məsələ ondadır ki, biz mövqedə möhkəm dayanmalı, ehtiyacı olanlara yardım etməli və sülh mühiti yaratmalıyıq”.
Anjelika Yurşenko “Düşünürəm ki, ayrılma mümkün ola bilər. Lakin düşünürəm ki, fərqli köklərdən olsaq da, bir-birimizi dəstəkləməliyik. İnanıram ki, heç birimiz bu müharibəni istəmirik və haradan gəlməyimizdən asılı olmayaraq bir-birimizi dəstəkləməliyik”.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fevralın 24-də başlayıb. Ukraynada minlərlə insanın öldürüldüyü, iki milyon yarımdan çox insanın qonşu Avropa ölkələrinə qaçdığı bildirilir.
Gundemxeber.az
1-06-2019, 12:45
9-04-2017, 23:16
16-04-2019, 11:02
15-05-2021, 12:36
18-05-2019, 13:52
Sorğu
Yeni dizaynımız necədir?