GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda özbaşınalıq: Mənzil sahiblərinin xəbəri olmadan evləri söküldü - VİDEO/FOTO

Bakıda özbaşınalıq: Mənzil sahiblərinin xəbəri olmadan evləri söküldü - VİDEO/FOTO

Tarix: 18-03-2022, 11:42 Bölmə :Cəmiyyət Baxış: 288

Binəqədi rayonu Səttar Bəhlulzadə 23 ünvanında qeydiyyatda olan və mülkiyyət sənədi olan orderləri olan bir qrup sakin onlara məxsus olan mənzillərin xəbərləri olmadan söküldüyünü bildirib. 

Belə ki, 1992-1994-cü illərdə Birinci Qarabağ müharibəsi dövründə məcburi köçkün düşən şəxslərin qeyd edilən ünvandakı yataqxanada məskunlaşması nəticəsində həmin mənzillərin qanuni sahibləri məcburi köçkünlərin durumuna görə yaşadıqları mənzillərdən çıxmaq məcburiyyətində qalıblar. 2018-ci ildə isə məcburi köçkünlərə dövlət hesabına Qobu Park yaşayış kompleksində mənzillər verilib. Bundan sonra vaxtilə evlərini tərk edən şəxslər qeydiyyatda olduqları mənzillərə yenidən sahib çıxmağa çalışıblar. Artıq məcburi köçkünlərin onlara məxsus evlərdən çıxarıldığını eşidən şəxslər Səttar Bəhlulzadə küçəsinə gəldikdə isə gözlərinə inanmayıblar. Məlum olub ki, artıq bina yoxdur və sökülüb. Yataqxana binasının yerində isə "Ümid VQM" MMC tərəfindən çoxmərtəbəli bina tikilir.
Məsələni yerində araşdırmaq üçün Publika.az-ın çəkiliş qrupu adıçəkilən ünvana yollanıb.
Uzun illər məcburi köçkünlərin ona məxsus olan evdən çıxarılacağını gözləyən Almaz Eyvazova  açıqlamasında bildirib ki, oğlu Vasif Abdullayev Birinci Qarabağ müharibəsi veteranıdır. Onun oğlu müharibədə olarkən boş qalmış evinə məcburi köçkünlər yerləşdirilib. A.Eyvazova əlavə edib ki, Səttar Bəhlulzadə 23 ünvanında qeydiyyatda olan şəxslər sovet dövründə müxtəlif müəssisələrdə işləyən fəhlələrdir: “15 may 1992-ci ildə o zamankı Tikinti Nazirliyinin 64 nömrəli əmri ilə bu yataqxana Nərimanov Rayon İcra Hakimiyyətində mənzil şəklində bölüşdürülüb. Həmin dövrdən bu günə qədər burada qeydiyyatda olanların heç birinin yaşayış hüququna xitam verilməyib. Bu yataqxana sökülərkən bizim heç birimizdən razılıq ərizəsi alınmayıb. Qeydiyyatda olduğumuz ünvanı bizdən icazəsiz söküblər. Hətta bizi başqa yerə də yerləşdirməyiblər. Halbuki Tikinti Nazirliyinin əmrində göstərilirdi ki, yataqxana mənzil şəklində bölüşdürülsün və 4 nömrəli Tikinti İdarəsinin fəhlələrinə verilsin, üstəlik, orada yaşayan fəhlələr başqa yerlərə yerləşdirilsin. Yəni həmin əmrə əsasən heç bir sakinin kənarda qalması nəzərdə tutulmayıb. Nərimanov Rayonunun keçmiş icra başçısı isə qanunsuz şəkildə mənzilləri bölüşdürüb, order verib, amma burada qeydiyyatda olanların yəni, bizim bundan xəbərimiz olmayıb. 26 ildir biz yollardayıq. Biz hazırda kirayələrdə yaşayırıq. Amma faktiki qeydiyyatda olduğumuz ünvanda “Ümid” MMC tikinti aparır. Bizə heç bir kompensasiya verilməyib. Yataqxana da qeyri-qanuni olaraq sökülüb. Üstəlik, order verilən sakinlər də indi çöldə qalıblar. Onların da, qeydiyyatda olanların da hüquqları pozulub. Şəxsiyyət vəsiqəmizə baxın (çıxarıb göstərir) qeydiyyat yerimiz buradır, amma mənzilimiz sökülüb, bina yerində yoxdur. Bina Binəqədinin ərazisindədir, departamentin balansındadır, Nərimanov rayon İcra Hakimiyyətinin məmurları isə söyləyir ki, bina bizim balansımızdan çıxıb. Bakı Şəhər Mənzil Kommunal Departamenti deyir ki, bizim balansımızda olsa da Binəqədinin ərazisi olduğu üçün cavabdeh deyilik. Binəqədinin icra hakimiyyəti nümayəndələri də eyni cavabı verirlər. Dünən mənə deyiblər ki, aidiyyatı orqanlar sizin məsələnizə baxacaqlar. Aidiyyatı orqanlar kimlərdir?!”.
Başqa bir iddiaçı, daha doğrusu, şikayətçi qeydiyyat məsələsi ilə bağlı üzləşdiyi problemi dilə gətirib:
“Mənim atam rəhmətə gedib, qeydiyyatda olduğum ünvan söküldüyü üçün dəfn pulunu ala bilmirəm, deyirlər ki, gedib arayış gətirməliyəm. Yaşadığım yer hazırda söküldüyü üçün aidiyyatı qurumlar arayış da verə bilmirlər. Buranı kimlərin sökdüyünü, kimlərin icazəsi ilə tikinti aparıldığını bizə demirlər. Şirkətin rəhbəri ilə görüşəndə deyib ki, tikintiyə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı icazə verib. Hələ deyilənə görə, binanın birinci mərtəbəsini, yəni qeyri-yaşayış sahəsini Binəqədi rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə verəcəklər".
Şikayətçi Yaşar Səfərov söyləyir ki, aidiyyatı qurumlara dəfələrlə müraciət ediblər, ancaq cavab verən yoxdur:
“Deyirlər ki, sizin burada mülkiyyət hüququnuz yoxdur. Binəqədi rayon İcra Hakimiyyətindən də bizə eyni sözü söylədilər. Deyirlər ki, həmin bina bizim balansımızda deyil. Amma faktiki olaraq bina Binəqədi rayonunun ərazisində yerləşir. Hər kəs bir-birinin üzərinə atır. Biz səsvermə hüququndan məhrum olmuşuq. Seçkilərdə səs verə bilmirik”.

Murad adlı şəxs isə söyləyir ki, nə arayış ala bilir, nə də rəsmi şəkildə hər hansı quruma müraciət etmək mümkündür: “Deyirlər ki, bina yoxdursa, sənə arayış verə bilmərəm. Biz 1980-ci illərdən burada yaşayırıq. Mənim oğlum, nəvələrim də burada qeydiyyatdadırlar. Amma bina söküldüyü üçün hamımız “hava”dayıq. Hətta o vaxt qaçqınlar gələndə biz əşyalarımızı da qoyub çıxdıq ki, pis durumdadırlar, onlar üçün saxladıq”.
İddiaçılarla birgə hazırda ərazidə tikinti aparan “ÜMİD VQM" MMC-nin ofisinə yollandıq ki, qarşı tərəfin də mövqeyini öyrənək. İddiaçılar binaya daxil olsalar da, ərazidə tikinti aparan ofisin əməkdaşları çəkilişə icazə vermədilər və açıqlama verməyə məcbur olmadıqlarını söylədilər. Amma iddiaçılardan bir-iki nəfər içəridə qalaraq MMC əməkdaşları ilə məsələni aydınlaşdırmağa çalışdılar. İddiaçı Yaşar Səfərovdan içəridə olub-bitənlərlə bağlı soruşduq: “Bizə dedilər ki, icazə əsasında tikinti aparırlar. İcazəni isə Binəqədi rayon İcra Hakimiyyətindən aldıqlarını söylədilər və bizi nə şikayətimiz varsa, icra hakimiyyəti ilə dəqiqləşdirməyimizi istədilər”.
Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etdik. RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyevin açıqlamasında bildiri ki, bina qəzalı olduğu üçün sökülüb: "Binəqədi rayonu, Səttar Bəhlulzadə 23 saylı ünvanda 3 saylı yataqxana binası 17.08.2018-ci ildə aidiyyəti məsul qurumların araşdırılması nəticəsində qəzalı elan edilib. Binanın texniki vəziyyəti haqqında 17.08.2018-ci il tarixli Akta əsasən binanın istismarının dayandırılması, sakinlərin köçürülməsi, kommunikasiya xəttlərinin kəsilməsi, binanın ətrafının çəpərlənməsi və giriş-çıxışın məhdudlaşdırılması qərara alınıb.
Akta əsasən 3 saylı yataqxana binasında məskunlaşmış 86 (287 şəxs) qaçqın və məcburi köçkün ailələri 17.08.2018-ci ildə Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən köçürülüb. Əlavə məlumat üçün qeyd edək ki, qəzalı yataqxanaya dair 1990-1994-cü illərdə order almış və orada ümumiyyətlə yaşamamış şəxslərin problemləri ilə əlaqədar aidiyyəti qurumlara müraciət edilib”.
İcra Hakimiyyətindən verilən açıqlamada vaxtilə mənzillərini məcburi köçkünlərin müvəqqəti yaşaması üçün tərk etmiş şəxslərin probleminə aydınlıq gətirməməklə yanaşı məsələnin hələ uzanacağını göstərdi.
Şikayətçilər sonda bildirdilər ki, hüquqlarının bərpa olunması üçün sona qədər mübarizə aparacaqlar və müxtəlif dövlət qurumlarına müraciət edəcəklər.


GUNDEMXEBER,AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məcburi köçkünlərin vahid aylıq müavinət qaydası təsdiq olundu

    Məcburi köçkünlərin vahid aylıq müavinət qaydası ...

    25-01-2017, 23:23

  • 
  • ​Masazırda məcburi köçkünlərə yeni mənzillər verildi – FOTO

    ​Masazırda məcburi köçkünlərə yeni mənzillər ...

    6-10-2017, 12:40

  • 
  • Məcburi köçkünlər etiraz edib

    Məcburi köçkünlər etiraz edib ...

    17-01-2018, 13:14

  • 
  • Prezident məcburi köçkünlərin aylıq müavinət məbləğini artırdı

    Prezident məcburi köçkünlərin aylıq müavinət ...

    22-02-2018, 12:18

  • 
  • “Muştuluq” verməyən məcburi köçkün evsiz qaldı - PREZİDENTƏ MÜRACİƏT (FOTO)

    “Muştuluq” verməyən məcburi köçkün evsiz qaldı - ...

    29-10-2018, 21:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu