Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda toz dumanı müşahidə olunan ərazilər AÇIQLANDI
“İl ərzində müxtəlif fəsillərdə Abşeron yarımadasının qəsəbələrində monitorinq işləri aparılacaq. Qəsəbələrin atmosfer havasının çirklənməsinə görə reytinqi hazırlanır. Artıq qış dövründə monitorinq bitib”.
Gundemxeber.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, Buzovna, Mərdəkan, Bilgəh, Şüvəlan, Fatmayı, Mehdiabad, Novxanı və Şıxov qəsəbələrində dövlət investisiyası çərçivəsində alınan mobil laboratoriyadan istifadə edilərək dəm qazı, kükürd qazı, hidrogen sulfid, azot oksidləri (azot 4-oksid, azot 2-oksid) üzrə monitorinq işləri aparılıb:
“Bu ərazilərdə çirklənmə yol verilən qatılıq həddindən yüksək deyil, nisbətən aşağıdır. Ən az dəm qazı ilə çirklənmə Şüvəlanda, Bilgəhdə və Nardaranda müşahidə olunub.
Azot 4-oksidlə ən az çirklənmə Buzovna, Novxanı və Fatmayıda qeydə alınıb. Tozun miqdarı isə ən az Buzovna, Şüvəlan və Mehdiabadda müşahidə olunub. Monitorinqlər eyni hava şəraitində aparılıb. Növbəti monitorinq aprel-may aylarında təşkil olunacaq”
Gundemxeber.az
14-01-2015, 14:17
2-08-2019, 14:27
2-08-2019, 09:39
12-11-2015, 13:01
30-08-2018, 11:08
Sorğu
Yeni dizaynımız necədir?