Gundemxeber.az » Ölkə » Cəmiyyət » FHN-in hospitalında bir neçə bölmə bağlanıb - SƏBƏB
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalında bəzi korpuslar bağlanıb.
Buna səbəb ölkədə koronavirusa yoluxma sayının azalmasıdır.
FHN-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, artıq xəstəxanada bəzi bölmələr fəaliyyətini dayandırıb:
“Koronavirusa yoluxan xəstələrin sayı azaldığına görə belə qərar verilib. Hospital fəaliyyətini davam etdirir. Əgər yoluxma sayı artarsa, həmin bölmələr yenidən açıla bilər”.
Qeyd edək ki, “Yeni Klinika”nın da bir neçə şöbəsi COVID-19-a yoluxma sayının azaldığı üçün bağlanıb.
Gundemxeber.Az
14-10-2020, 22:27
15-03-2021, 16:30
15-03-2021, 15:54
12-11-2020, 15:44
22-06-2020, 13:38
Sorğu
Yeni dizaynımız necədir?