Hər il dövlət qurumlarının keçirdiyi milyon manatlıq tenderlərin qalibi olan “İlkin-N” MMC (VÖEN- 2100011121) barəsində məhkəmə iddiası qaldırılıb.
Gundemxeber.az yeniavaz.com-a istinadən xəbər verir ki, Məmmədov Dadaş Nazim oğlu tərəfindən qaldırılan iddiaya bu gün – 28.03.2022-ci il tarixində Şirvan Kommersiya Məhkəməsinin hakimi Elşən Abdullayev tərəfindən baxılacaq. Məhkəmə iddiasının kirayə müqaviləsi üzrə mübahisələrə görə irəli sürüldüyü bildirilir.
Məlumat üçün bildirək ki, “İlkin-N” MMC 17.10.1996-cı ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Salyan rayonunun Qarabağlı kəndində yerləşən MMC-nin nizamnamə kapitalı 35 min 572 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Abasov Qurban İsmayıl oğludur.
Onu da bildirək ki, "İlkin-N" MMC-nin rəhbəri Hacı Qurban kimi tanınan Abasov Qurban İsmayıl oğlu hər il dövlət qurumlarının keçirdiyi milyon manatlıq tenderlərin qalibi olur. Eyni zamanda onu da qeyd edək ki, hər il milyonlarla manatlıq tender müsabiqələri udan daha bir şirkətin – “Sevinc-96” MMC-nin də (VÖEN- 2100010871) Qurban Abasova məxsus olduğu olduğu bildirilir. Hazırda dövlət büdcəsinə 211 min 214 manat vergi borcu olan "İlkin-N" MMC-nin rəhbəri Qurban Abasovun adı 2013-cü ildə mətbuatın gündəminə oğlunun toy karvanında eyni markalı 25 "Mercedes-Gelandewagen" avtomobilinin iştirakına görə gəlib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?