Bildiyiniz kimi, Birinci Qarabağ müharibəsindən bugünədək 4000-dək soydaşımız barədə hələ də məlumat yoxdur”.
Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Qubada YAP-ın təşkilatçılığı ilə "Soyqırımı: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, torpaqların işğaldan azad olunmasından sonra Kəlbəcərin Başlıbel, Şuşanın Daşaltı, Xocavəndin Edilli kəndləri ərazisində kütləvi məzarlıqlar aşkar edilib: "Aparılan tədqiqatlar müəyyən edir ki, bu məzarlıqlar, meyit qalıqları Birinci Qarabağ müharibəsi zamanı erməni hərbçiləri tərəfindən əsir və girov götürülərək, ağır işgəncələr verilərək qətlə yetirilən Azərbaycan vətəndaşlarına aiddir”.
Nazir müavini vurğulayıb ki, artıq Xocalının Fərrux yüksəkliyində də insan sümükləri aşkarlanıb və həmin qalıqların da tədqiqatı həyata keçiriləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?