Sosisal şəbəkədə Sumqayıtda parklanma nəzarətçisinin qadın sürücü tərəfindən döyülməsi ilə bağlı video paylaşılıb.
Hadisə şəhərdəki “Karvan” ticarət mərkəzinin qarşısında qeydə alınıb. Belə ki, qadın sürücü avtomobildən düşərək ərazidə çalışan “parkovşik”i təpiklə vurub. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, parklanma nəzarətçisini döyən qadın sürücünün şəxsiyyəti məlum olub: "O, Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilib. Həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?