Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda qapalı məkanlarda maska tələbi ləğv edilir? - Nazir AÇIQLADI
Səhiyyə naziri Teymur Musayev Azərbaycanda qapalı məkanlarda maska tələbinin ləğv edilib-edilməməsi məsələsinə münasibət bildirib.
“Report”un məlumatına görə, nazir açıqlamasında Azərbaycanda koronavirusa yoluxma saylarının kəskin şəkildə azaldığını deyib.
Onun sözlərinə görə, gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur:
“Bütün bunlar nəzərə alınaraq məsələyə baxılır və yəqin ki, müəyyən qərarlar veriləcək. Nəzərə alsaq ki, iki ildən artıq müddətdə davam edən pandemik dövr insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Odur ki, vətəndaşlarımızı səbirli olmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram”.
Nazir həmçinin Avropanın bir sıra ölkələrində COVID-19 infeksiyasının yeni ştammlarına yoluxma sayındakı artım məsələsinə də toxunub:
“SARS-CoV-2 virusu dəfələrlə mutasiyaya uğrayıb və yeni ştammlar peyda olub. Bu səbəbdən hər dəfə açıqlama verəndə vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırdıq. Çünki virusun özünü necə aparacağını öncədən bilmək olmur. Sevindirici haldır ki, “Omikron” ştammından sonrakı bir neçə növdə yoluxduruculuq zəifləyib, törətdiyi xəstəliyin ağır gedişatı, demək olar ki, çox nadir hallarda baş verir. Ümid edirik ki, pandemiya sona doğru gedir”.
9-08-2021, 17:40
31-05-2021, 10:00
18-03-2020, 12:12
16-10-2020, 09:56
25-05-2021, 12:53
Sorğu
Yeni dizaynımız necədir?