Bakının Səbail rayonunda 23 yaşlı qız özünü qayadan atıb.
Hadisə ötən gün baş verib. 1999-cu il təvəllüdlü A.Cavadova özünü Dağüstü parkda hündürlükdən atıb. Ağır xəsarətlər alan gənc qız xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin kritik olduğunu bildiriblər. Faktla bağlı araşdırma aparılır. *** Dünən Dağüstü parkda özünü hündürlükdən atan qızın vəziyyəti açıqlanıb.
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, qız təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib: "1999-cu il təvəllüdlü qız ötən gün KTM-in Reanimasiya şöbəsinə yerləşdirilib, müayinələri aparılıb. Diaqnozu sağ bazu sümüyünün orta üçdə birinin yerdəyişən, sol bud sümüyünün aşağı üçdə birinin sınığı və bədənin müxtəlif nahiyələrində küt travmanın olması olub. Hazırda huşu aydındır, vəziyyəti isə ağır-stabil olaraq qalır".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?