Gundemxeber.az » Ölkə » Cəmiyyət » Çernobıl faciəsindən 36 il ÖTÜR
Çernobıl atom-elektrik stansiyasında (AES) baş vermiş dəhşətli faciədən 36 il ötür.
Gundemxeber.az xəbər verir ki, 1986-cı il aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb.
Hadisədən sonra həyat üçün təhlükəli olan radioktiv duman yaranıb. Nəticədə 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənib.
Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etsə belə, “ölüm bulud”unun yerdə qalan hissəsini külək cənuba sürükləyib.
Qəza nəticəsində Ukraynada 4 400 nəfər həyatını itirib. Onlardan çoxu partlayışın nəticələrini aradan qaldırmaq üçün əraziyə gələn fəhlələr olub. Ümumilikdə, faciə zamanı 7 000-ə yaxın insan həlak olub, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəstliklə üzləşib, on minlərlə insan isə sonsuz qalıb.
Gundemxeber.az
26-04-2021, 10:48
23-12-2017, 16:30
31-03-2022, 13:00
28-04-2016, 21:57
18-12-2014, 22:36
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?