GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Maska və antivirus dərmanlar biznesinin sonu gəldimi?

Maska və antivirus dərmanlar biznesinin sonu gəldimi?

Tarix: 29-04-2022, 11:43 Bölmə :Cəmiyyət Baxış: 293


Ekspert: “Ümumdünya Səhiyyə Təşkilatı nə vaxt elan edəcək, onda pandemiya bitmiş sayılacaq”; Bakı apteklərində “covid” əleyhinə dərmanlar yenə də çox satılır


Mayın 1-dən Azərbaycanda maskalardan istifadə könüllü olacaq. Maska məcburiyyəti həm də COVİD-19-un bir növ simvolik göstəricisi sayıla bilər. Bütün dünyanı “ağzını bağlamağa, nəfəsini maskadan almağa’’ məcbur qoyan qorxunc virus arxa plana keçir. Maska və başqa məcburiyyətlərin aradan qalxması koronovirusa bağlı bir sıra yeni ‘’biznes’’ sahələrini də sıradan çıxarır. Qara bazarda protokol müalicə üçün lazım olan dərmanların qiymətləri 100 dəfə artan antivirus pereparatlarının, konkret halda, maska biznesinin sonu gəldimi? Yoxsa, insanlar hər ehtimal, getdikcə ucuzlaşan bu məhsullardan ehtiyat üçün alıb, toparlasınlarmı?  Koronovirusun dünyanı yenidən sarsıtmaq imkanları varmı?

Maraqlıdır, görəsən, yoluxma sayının azaldığı dönəmdə koronovirusa aid antibiotiklər, antiviral preparatlar ucuzlaşıbmı? Bəs bu dərmanlara tələbat necə, azalıbmı?

Paytaxtın Nizami rayonunda yerləşən apteklərdən birinin əczaçısı bildirdi ki, pandemiyanın tüğyan etdiyi vaxtla müqayisə olunsa, ciddi fərq yoxdur: “Əvvəlki kimi antibiotik və antivirus dərmanlarını çox alırlar. Ciddi fərq yoxdur. Deyirlər ki, sentyabrdan virus yenidən artacaq. Maskanı da əvvəlki kimi alırlar, yəqin may ayından alış azalacaq. Amma düşünürəm ki, yenə də ehtiyatlı olmaq lazımdır”.  

 Yaxınlıqda olan digər aptekin əczaçısı dedi ki, bu mövsümdə həm virus infeksiyalarına qarşı dərmanlar, qripə qarşı preparatlar və mövsümlə bağlı antiallergik dərmanları alırlar: “Düzünü desəm, əvvəlki dövrlə müqayisədə elə də fərq yoxdur. Alıcıların sayı çoxalıb. Sadəcə indi başqa viruslar da əmələ gəlib. Məsələn, son günlər rotovirusa qarşı ”sistemlər" alırlar. Əsasən də, bu virus uşaqlar arasında yayılıb.  O ki qaldı maskaların satılmasına, azalıb, amma çox da yox. Yəqin mayın 1-dən maska satışı azalacaq".

Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov “Yeni Müsavat”a  dedi ki, pandemiyanın bitməsi ilə bağlı dəqiq bir fikir demək çətindir: “Ümumdünya Səhiyyə Təşkilatı  pandemiyanın bitdiyini elan etməyib. Nə vaxt elan edəcək, onda pandemiya bitmiş sayılacaq. Azərbaycanda COVİD-ə yoluxma az saydadır. Xəstəxanalara müraciət minimaldır. Hesablamaları dünyanın digər ölkələrinə görə aparırıq, amma  qərarları çox ehtiyatla veririk”.

Emil Qasımov: “Öncəki dalğalarda bu qədər böyrək çatışmazlığı görülmürdü” -  13.08.2021, Sputnik Azərbaycan

Emil Qasımov

Həkim “qiymətləri 100 dəfə artan antivirus pereparatlarının, maska biznesinin sonu gəldimi” sualına belə cavab verib: “Birincisi, dövlətimiz bütün xəstəxanaları antiviral dərmanlarla pulsuz təmin edib. Qara bazarda insanlar nə alıblarsa, mən bu barədə fikir yürüdə bilmərəm. İnsanların apteklərdən antibiotik alması da doğru deyildi. Mən hər zaman deyirəm. Maska pandemiyada əsas qoruyucu vasitə idi. Pandemiya bitir, yoluxma sayları azalır, hər halda maskadan istifadə az olacaq. Ümumiyyətlə, Cənub-Cənub Şərqi Asiyada illərdi ki, maskadan istifadə edirlər, 40 ildir ki, onların bir aksessuarıdır.  Bizim toplumda elə bir ənənənə yox idi. İnsanlar virus infeksiyalarını tuturdular, elə də məktəbə, işə gedir və yayırdılar. Pandemiyada insanlar maska taxmağı öyrəndilər. COVİD olmasa da digər viral infeksiyalarla yaşayacağıq. Koronovirus da davam edəcək, amma kütləvi şəkildə olmayacaq. İlin müəyyən vaxtlarında, xüsusən payız-qış aylarında COVİD-ə yoluxmalar olacaq. Maskadan birdəfəlik əl çəkməyimiz doğru deyil. Qapalı yerlərdə olanda, xəstə olanda yenə də maskadan istifadə etmək lazımdır”. 

Həkim koronovirusun əvvəlki kimi olacağını alovlanacağını zənn etmir: “Yoluxma sayının artıb-artmayacağını əslində heç kim bilmir. Elm adamları, tibb mütəxəssisləri, dünyanın önəmli mərkəzləri bu barədə hələ ki qəti fikir yürüdə bilmirlər. Bunu zaman göstərəcək. Ümid edirik ki, yeni bir yoluxuculuq qabiliyyətinə malik olan, ağır xəstələndirmə qabiliyyətinə malik olan variant peyda olmayacaq”. 

Yeri gəlmişkən, Səhiyyə naziri Teymur Musayev uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusunun yayılması məsələsinə münasibət bildirib. Nazir hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlığın olmadığını qeyd edib. Teymur Musayevin sözlərinə görə, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb:

“Bununla bağlı ölkəmizdə narahatlığa da səbəb yoxdur. Yoluxma qeydə alınan ölkələrin sayı o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə alınmayıb. Ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə olunmur”.


GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Toylarda rəqs edərkən maska taxmaq zəruri deyil - DİN

    Toylarda rəqs edərkən maska taxmaq zəruri deyil - ...

    29-06-2021, 12:07

  • 
  • Bu ölkədə açıq havada maska taxmaq məcburi olacaq

    Bu ölkədə açıq havada maska taxmaq məcburi olacaq ...

    4-08-2021, 11:43

  • 
  • Üzdəki qırışları yox edən maska

    Üzdəki qırışları yox edən maska ...

    3-07-2016, 13:41

  • 
  • Millət vəkilindən maska ilə bağlı HƏYƏCAN TƏBİLİ: “Mütləq tədbir görülməlidir”

    Millət vəkilindən maska ilə bağlı HƏYƏCAN TƏBİLİ: ...

    13-04-2021, 12:29

  • 
  • Azərbaycanda koronavirus vaksinasiyasınadək maska taxacağıq? - VİDEO

    Azərbaycanda koronavirus vaksinasiyasınadək maska ...

    2-12-2020, 21:31


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu