GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda yağ qıtlığı VARMI? - AKTUAL

Azərbaycanda yağ qıtlığı VARMI? - AKTUAL

Tarix: 3-05-2022, 18:21 Bölmə :Cəmiyyət Baxış: 300

“Azərsun Sənaye Parkı”nda baş verən yanğından sonra mətbuatda gedən xəbərlərə görə, burada satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı olub. Məlumatda deyilir ki, fabrik bir neçə aydır bu anbarı doldurmaq üçün çalışırmış.

“Təkcə yağ anbarında yanan məhsullarla bağlı dəyən ziyanın isə on milyonlarla manat məbləğində ölçüldüyü deyilir. Anbardakı yağ məhsulları təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulubmuş. Təkcə məhsula dəyən ziyan 20-30 milyon manat həcmində ola bilər. Amma dəyən ziyan təkcə məhsulla ölçülmür, orda istehsal avadanlıqlarına da ziyan dəyib. Bundan əlavə, əsas depolama anbarlarından biri sıradan çıxıb. Yəni, alternativ depolama yeri yaradılmalıdır. Bu, özü də böyük xərc tələb edir”, - yayılan məlumatlarda qeyd olunur.

Bu hadisədən sonra ölkədə yağın qiymətinin daha da bahalaşacağı, qıtlıq yaranacağına dair narahatedici fikirlər səslənməyə başlayıb. Gundemxeber.az-ın məlumatına görə, iqtisadçı ekspert Eldəniz Əmirov AYNA-ya şərhində deyib ki, yanğın zamanı ciddi itkilər olsa da, qıtlıq yaranacağı ilə bağlı narahatlığa və ya ajiotaja əsas yoxdur: “Ölkənin yağ və yağ məhsullarına olan tələbatının ödənilməsində “Azərsun”un istehsal potensialı, eləcə də “Azərsun Sənaye Parkı”nda sıradan çıxmış məhsulların statistikasını müqayisəli təhslil etsək, görərik ki, bu yanğına görə ajiotaj yaratmağa ciddi əsas yoxdur. “Azərsun Holding”in ümumi kərə yarağı bazarında payı 5-8 fazidir”.

Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan həm bitki, həm də kərə yağı istehsalı baxımından idxaldan ciddi şəkildə asılı bir ölkədir: “Bitki və kərə yağları baxımından ölkə 80 faizdən çox idxaldan asılıdır. Özümüz istehsal etdiyimiz məhsullar da dolaysı ilə idxaldan asılıdır. Yeni Zelandiyadan gələn kərə yağı burada xüsusi çəki və ölçüyə salınaraq yenidən qablaşdırılır”.

“Düşünürəm ki, hazırkı vəziyyətdə biz əsas iki məsələyə diqqət yetirməliyik: Birinci, ölkədə ərzaq təhlükəsizliyində rol oynayan hər bir müəssisənin stratejilik səviyyəsi yüksəldilməli, ikinci, idxal kanallarının təhlükəsizliyinin təmin olunması, idxal zamanı suni problemlərin yaradılması ehtimallarının qiymətləndirilərək qabaqlayıcı tədbirlər görülməsidir. Bu istiqamətlərdə dövlət tərəfindən nəzarət gücləndirilməlidir”, - deyə ekspert söyləyib.

Bu hadisənin suni qiymət artımına təsiri ilə bağlı məqama toxunan iqtisadçı bu cür cəhdləri istisna etmir: “Təbii olaraq məlum psixoloji təzyiq şəraitində kimlərsə bazarda yağın qiymətini suni şəkildə qaldırmağa cəhd edəcəklər. Lakin qiymət artımının təbii şəkildə müəyyən qədər artması ehtimalı da var. Buna görə də kimlərinsə təbii qiymət artımından istifadə edərək suni şəkildə qiymətləri artırması da istisna olunmur”.

“Vurğulanması vacib məqamlardan biri 5-6 aylıq yağ ehtiyatı ilə bağlıdır. Burada ölkənin yağ ehtiyatından deyil, məhz müəssisəyə aid olan yağ ehtiyatdan söhbət gedir. Yaxşı olardı ki, rəsmi açıqlamalarda da bu məqam xüsusi vurğulanardı və yanlış anlaşılmalara səbəb olub ajiotaj yaratmayaydı”, - deyə Əmirov fikrini davam etdirib.

Müsahibimiz idxal kanallarına, yerli istehsal və tədarük məntəqələrində anbarlara nəzarətin gücləndirilməsinə də diqqət çəkib: “Bu gün “Səngəçal” terminalı ölkənin ən starteji nöqtələrindən hesab edilir və ən yüksək səviyyədə mühafizə olunur. Bu gün ərzaq ehtiyatlarının toplandığı anbarlar və digər saxlanc yerləri də eyni qədər əhəmiyyət daşımalı, qorunmalıdır. Çünki hazırda ərzaq təhlükəsizliyi ilə bağlı aparılan tədbirlər kompleks şəkildə həyata keçirilir və bu məsələ də diqqətdə saxlanılmalıdır. Bu cür təsərrüfat subyektləri özəl və ya dövlətin olmasından asılı olmayaraq, eyni dərəcədə ciddiyyətlə qorunmalıdır. Kimsə bu hadisənin sonuncu olduğuna, bir daha təkrarlanmayacağına zəmanət verə bilməz”.

“Son 5-6 aydır ki, anti-inflyasiya, anti-böhran tədbirləri kompleks şəkildə həyata keçirilir. Son 4 aydır ki, bu tədbirlər daha da ciddi və ardıcıl, sistemli bir şəkil alıb. Düşünürəm ki, istər yanğın, istər qəsdən və ya ehtiyatsızlıqdan baş verə biləcək bütün hallara qarşı təhlükəsizliyin təmin olunması tam diqqət mərkəzində saxlanılmalıdır”, - deyə mütəxəssis fikrini yekunlaşdırıb

gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərsun Sənaye Parkı”na dəymiş ziyanla bağlı detallar: Beş-altı aylıq tədarük məhv olub

    “Azərsun Sənaye Parkı”na dəymiş ziyanla bağlı ...

    29-04-2022, 11:48

  • 
  • “Bərdə Yağ Pendir”də qanunsuz əməllər

    “Bərdə Yağ Pendir”də qanunsuz əməllər ...

    28-01-2014, 09:53

  • 
  • Yağ oğurlayarkən tutulan şəxs biləklərini kəsdi

    Yağ oğurlayarkən tutulan şəxs biləklərini kəsdi ...

    22-05-2016, 11:31

  • 
  • “SOBSAN” boyanın 12 milyona ehtiyacı yoxdur…- Bəs nə üçün fabrik yanğın zamanı zərəçəkənin kompensasiyasını vermir ?

    “SOBSAN” boyanın 12 milyona ehtiyacı yoxdur…- Bəs ...

    15-03-2021, 11:26

  • 
  • Yağın qiyməti BAHALAŞDI - VİDEO

    Yağın qiyməti BAHALAŞDI - VİDEO ...

    4-09-2017, 11:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu