Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O, istintaq zamanı fiziki və psixoloji təzyiqlərə məruz qaldığını bildirib:
"Nərminin meytinin tapıldığı gün əvvəl qonşuma dedim. Daha sonra polis əməkdaşı olan Murada zəng edərək məlumat verdik. O da bizə meyiti söndürməyimizi və video çəkiliş aparmağımızı söylədi. Meyitin arxa tərəfində yerdə 3-4 ayaq izləri də var idi.
Daha sonra mən şübhəli şəxs qismində saxlanılıb Tovuz Rayon Polis Şöbəsinə aparıldım. Orada məni hədələdilər".
Növbəti məhkəmə prosesi mayın 11-nə təyin olunub.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?